D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

О нас AZ Haqqımızda
Haqqımızda

 Ticarət avadanlığı üzrə bizim müəssisəmiz 2002-ci ilin noyabırında təşkil edilmışdir. Bu müddət ərzində biz müəssisənin lahiyəsindən,fikrimizcə aylıq dövriyyəsi yüksək olan ritmik işləyən müəssisəyədək yol kecmişdik.

Müəssisədə gənc işçilərə yeni peşə öyrədə bilən savadlı mütəxəssislərdən ibarət heyət yaradılmışdır. Biz daima müasir dəzgahların, avadanlığların,texnologiya və onların daha rasional istifadə üsullarının axtarışındayıq. Biz xammal və materal təchizatçiları, həmçinin xidmətlərdən istifadə etdiyimiz zavod və sexlər ilə möhkəm əlaqələr yaratmışdı. Müəssisə bir neçə bölümdən ibarətdir.

D&S reklam agentliyi

Artıq 18 ildən artıqdır ki, biz stend istehsalı, mətbəə, poliqrafiya, avtomobil brendinqi, çöl reklamı, BTL, suvenir məhsulları, POS avadanlığı və digər ticarət avadanlığı istiqamətində uğurla fəaliyyət göstəririk. Müştəri siyahısının getdikcə artması,  işimizdən məmnun qalması və tövsiyə etməsi bizim bu işdə peşəkar olmağımızın bir sübutudur.

Öz müştərilərimizə biznes üçün müxtəlif ticarət avadanlıq tərtibatı, istehsalı və dekorasiya işləri sahəsində peşəkar reklam xidmətlərini təklif edirik. Brend markasının tanıdılmasının yüksəlməsi, gəlirlərin artması və yeni alıcıların cəlb edilməsində dəstək oluruq.

D&S reklam şirkətində istehsal olunan məmulatlar illərin təcrübəsi və keyfiyyətli xammalın bəhrəsidir. Reklam alıcıya satılan məhsulun vacib və əsas keyfiyyətləri barədə məlumat vermək üçün əla bir yoldur. Bizim köməyimizlə yüzlərlə mağaza və şirkət yeni auditoriyaya daha çox görünəcəkdir. Çöl reklamları elə hazırlayırıq ki, yoldan keçənlər xidməti görsünlər və maraqlansınlar. Dizayn qrupunun orijinal həlləri müştərilərə loqonuzu və şirkətinizi xatırlatmağa kömək edir. Müştərilərin daim sizinlə əlaqə qurması üçün - dizayner kartondan, metaldan, akrildən cəlbedici qiymətliklər, rəf üçün stiker və şelftokerlər hazırlaya bilərik. D&S reklam agentliyi ilk növbədə keyfiyyət, peşəkarlıq və hər bir müştəriyə düzgün yanaşma ilə fərqlənir.

Müştərinin tələblərinə uyğun olaraq, komandamız təklif olunan düzəni hazırlayacaq və dəyişdirəcək, ən yaxşı materialı seçəcək və texniki həll təklif edəcəkdir. Dizaynerlərimiz sizin üçün uzun illər adınızda işləyəcək sabit və davamlı bir məhsul yarada biləcəklər. Bu gün biz ən böyük reklam şirkətiyik, materiallardan nəhəng sərgi stendlərinə qədər reklam məhsullarının istehsalını təmin edə bilərik. Qeyri-adi birləşmələr, qeyri-adi fikirlər və kombinə edilmiş həllər ilə orijinal bir məhsul alacaqsınız - bu, rəqiblərimizdə tapıla bilməz!

D&S reklam şirkətin kataloqunda mağaza avadanlığı, stend istehsalı, POSM, ticarət mebeli, satış vitrinləri, nəqliyyat üzərində reklam, kompleks dizayn, satışlarınızın inkişafı və məhsulunuzu tanıtmaq üçün müxtəlif növ həllər tapa bilərsiniz. Reklam üçün bütün mümkün materiallar və tətbiqetmə metodları əsas vəzifəmizdir. Metal vərəqlər, şüşə, laminat, PET, PVC, diod işıqlandırma, məftil, profil borular, dikt, akril və s. xammal ilə işləyirik.

Bizimlə əməkdaşlıq əvəzolunmaz bir uğurdur, çünki:

  • reklam avadanlığı bazarında 18 illik təcrübəmiz var;
  • hər hansı bir, hətta ən çətin reklam avadanlığı üçün fərdi həll yolu seçirik;
  • işimizi operativ və keyfiyyətli yerinə yetiririk;
  • işinizi uğurlu və məhsulunuzun tanınmağı üçün hazırlanmış peşəkar bir komandamız var;
  • Bütün növ reklam materialları ilə işləməyimizə imkan verən və üçüncü şəxslərdən asılı olmayaraq öz istehsal müəssisəmizə sahibik;
  • verilən bütün tapşırıqların dərhal yerinə yetirilməsinə zəmanət veririk;
  • avadanlıqların istehsalı və quraşdırılması işləri təcrübəli işçilər və şirkətin məsuliyyəti sayəsində gecə-gündüz aparılır;

Keyfiyyətli xidmətlər göstərmək və ən tələbkar müştərilərin istəklərini ödəmək səylərimiz müştərilərimiz arasında tanınmağa, Azərbaycanın hüdudlarından kənarda da tanınan bir ad qazanmağa imkan verdi. Tərəfdaşlarımız qlobal nəhənglər və yerli istehsalçılardır, iş birliyi hər gün genişlənir.

D&S reklam şirkəti yüksək keyfiyyətli məhsulların, orijinallığın və davamlılığın qarantıdır. Etibarlı bir ortaqlığa müraciət edin və əmin olun - müvəffəqiyyətiniz bizimlə təmin olunur!

coca-cola
fritolay
full
garnier
gillette
gr
haribo
johnsonbaby
kent
kinder
lays
lindt
loreal
maccofe
maggi
mars
mentos
milla
monster
nestle
nicos
nivea
nutella
obyidenoniye
oralb
orbit
oyal
pepsi
president
reach
redbull
tuc
Müştərilərimiz
(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın