Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Çatdırılma və ödəniş

Kompleks şəklində reklam avadanlığının istehsalını təmin edirik - tərtibat, istehsalat, çatdırılma və quraşdırılma:

POSM, UV çap, işıqlı qutular, həcmli hərflər, nəqliyyat üzərinə reklam vurulması, reklam və sərgi stendlərin istehsalı, ticarət dayaqlar, ticarət mebeli, qarmaq, səbət, ofset çapı, banner üzərində çap, vakuum formalama, lazer kəsim, 3D məftil əymə və s.

Bizim təcrübəli menecer, mühəndis və dizayner komandamız sizin ticarət və sərgi stendlərin istehsalı, market rəflərin məhsula uyğun bəzədilməsi, hazır dolab və vitrinlərin yığılması ilə bağlı məsləhət və tövsiyyələrini verə bilər.

Hazır məhsulların çatdırılması:

Biz təkcə Azərbaycan üzrə deyil, həm də dünyanın istənilən nöqtəsinə məhsullarınızın çatdırılmasını təşkil edə bilərik. Tələb olunan istehsalat icazələr, sertifikatlar və düzgün qiymət siyasəti bizi xarici reklam avadanlığı istehsalçıları ilə rəqabət aparmağa imkan yaradıb.
Çatdırılma xərcləri müqavilə bağlandığı zaman müzakirə olunur və digər logistika şirkətləri ilə müqayisədə daha rəqabətli olur.

Ödəniş şərtləri:

müştərilərimiz ilə düzgün seçilmiş maliyyə münasibətləri bizə bir neçə növ ödəniş hesab əməliyyatların qurulmasına şərait yaradıb. Biz təkcə ilkin ödənişlə deyil, həm də iri miqyaslı layihələrdə 90 günə kimi post payment (işdən sonra ödəniş) ödəmə şərtlərini tətbiq ebə bilirik.

Bizim qurduğumuz iş prinsipi xırda, orta və hətta iri reklam şirkətləri üçün istehsalat bazasının rolunu oynayır. Kreativ reklam agentlikləri DS şirkətin reklam sektorun istehsalat gücündən və təcrübəsindən yararlanaraq yarımfabrikat məhsullar sifariş verib öz müştərilərinə yekun məhsul təqdim etmək üçün imkanlardan faydalanırlar.

Biz hər bir müraciətə sevinirik, hörmətlə DS komandası.

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın