Hamıya məlumdur ki, savadlı və düşünülmüş reklam biznesi irəli aparır. Beləliklə, şirkət identifikasiya olunur, onu getdikcə tanıyırlar, rəqiblərinin fonunda gözə çarpmağa başlayır. Hədəf auditoriyası qat-qat genişlənir, bunula əlaqədar sifarişlər də çoxalır.
Bu sahədə təcrübəsi olan Display&Stand şirkəti xarici reklamının hazırlanması üzrə öz xidmətlərini təklif edir. Parlaq və kreativ reklam lövhəsinin sayəsində potensial müştərilərin bir çoxu alış-veriş etmək, yaxud hansısa xidmət sifariş etmək barədə düşünürlər. Məhsulu və ya xidməti mütəxəssislərə tapşıraraq, maliyyə xərclərinizin artıqlaması sizə geri qayıdacağına əmin ola bilərsiniz.
Keyfiyyət bahalılıqla ölçülmür!
Keyfiyyətli reklam ilə yaxşı lövhə həmişə bahalı qiymətin göatəricisi deyil. Az büdcəyə sahib olsanız belə, D&S ə müraciət edib layiqincə yerinə yetirilmiş reklam məhsululunuz alacaqsınız. Sizə nə təklif edə bilərik? Öz fərdi xüsusiyyətləri ilə tanınan virtuoz dizayn, materiallar və müasir texnologiyalar. Bizə müraciət edən hər bir müştəriyə fərdi yanaşma təklif edə bilərik ki, bu da hamı üçün münasib qiymətlər deməkdir. Bununla yanaşı, biz hər zaman əvvəlcədən razılaşdırılmış müddət ərzində müştərilərin sifarişlərini təhvil veririk.
Mütəxəssislərin məsləhətlərinə qulaq asaraq siz həmişə yüksəkdə olacaqsınız. Öz sahəsində əhəmiyyətli təcrübəyə malik olan hər bir əməkdaşımız sizin pulunuza və vaxtınıza qənaət edərək sizə ən düzgün qərar verməyə kömək edəcək.
Xarici reklam nə üçün lazımdır?
Öz biznesini (mağazasını, salonunu, ofisini) vizual olaraq fərqləndirmək istəyənlər üçün xarici və daxili reklamlar ən düzgün qərardır. Şirkətimiz elə bir reklam istehsal edəcək ki, siz və biznesiniz unikal və kreativ yanaşma ilə fərqlənəxək. Hədəf auditoriyanızı necə genişləndirəcəyinizi və potensial müştərini necə maraqlandıracağınızı bilirik!
Nə təklif edə bilərik?
- Reklam lövhələrinin hazırlanması və quraşdırılması
- Bannerlərin istehsalı
- Banner çapı
- Biqbordların hazırlanması
- Bilbordların çapı
- 3x6 formatlı reklam lövhələrinin hazırlanması
- İnformasiya stendi
- Lövhələrin hazırlanması və quraşdırılması
Küçə reklamının hazırlanması sifarişləri bizim şirkətə tez-tez daxil olur. İşlədiyimiz illər ərzində biz qərar qəbul etməyi, bu və ya digər hərəkətin zəruriliyini hiss etməyi, müştərilərimizlə düzgün şəkildə qarşılıqlı əlaqə yaratmağı öyrənmişik.
Təqdim edəcəyimiz xidmət necədir?
Şirkətimizin məhsulunu sifariş etmək istəyirsinizsə, siz öz vaxtınızı hesablayıb müəssisəmizin siyasətini başa düşməlisiniz.
- Şirkətimizin nümayəndələri obyektinizə gələrək hər iki tərəfi qane edəcək əvvəlcədən razılaşdırılmış müddətlərdə bütün lazımi ölçmələri edəcəklər.
- Reklamın qrafik dizaynını yaradaq.
- İstehsal materialların və texnologiyalarının bir neçə variantını təklif edəcəyik.
- Sizə daha uyğun olan bütün variantları müəyyən edəcəyik.
- Reklam məhsulunu keyfiyyətli və tez yerinə yetirəcəyik.
- Quraşdırılma işlərini görəcəyik.
İstehsalat bazamız Avropa standartlarına cavab verən ən yeni avadanlıqla təchiz edilmişdir ki, bu da istənilən mürəkkəblik dərəcəsi olan işin ən minimal vaxtda yerinə yetirilməsinə imkan verir.
Şirkətimizin xüsusiyyətlərinə əsaslanaraq, sənayemizdə ən aşağı qiymətlər təklif edə bilərik.
Lövhələrin hazırlanması. Xarici reklam
Hazırda sadə formalı və çoxsaylı elementlərdən ibarət xarici lövhələri (küçə lövhəsi) hazırlamaq mümkündür. Bütün bu konstruksiyalar işıqlı və işıqsız olur. İkinci variant daha ucuzdur, lakin birinci daha təsirli və yaddaqalandır.
Bir qayda olaraq, işıqsız lövhə sadə formaya malikdir. Orada firmanın adı, fəaliyyət sahəsi, iş rejimi və yeri haqqında məlumat verilir.
Mütəxəssislər belə formatı mümkün qədər parlaq, rəngarəng və daha ifadəli şəkildə bəzəyə bilərlər.
İşıqlı qutular daha bahalıdır, lakin onun növlər daha çoxdur:
- İşıq qutusu. luminescent işıqlar və ya LED işıqlarla ilə təchiz olunan boş qutu.
- İşıqlı hərflər. Hərflərin arxasında bərkidilən LED, neon və ya kontrajur işıq yerləşir.
- Neon lövhə. İşıq mənbəyi Neon borulardır. Bu variant rəngarənglik, parlaqlıq və xüsusi tərtibatı ilə seçildiyinə görə, müştərilər arasında ən məşhurdur.
- Kombinasiya. Bir neçə texnologiyanı ehtiva edir, beləliklə ən orijinal fikirləri təcəssüm etdirir.
İşıqlı lövhələrin istehsalı
Əbəs yerə deyil ki, işıqlı lövhələr ən çox tələbatı olan reklam məhsullarından biridir. Belə konstruksiya maksimal dərəcədə diqqəti cəlb edir.
İşıqlı lövhələrin xüsusiyyətləri arasında aşağıdakıları ayırd edə bilərsiniz:
- Müxtəlif çalarların istifadəsi, təkcə kompozisiyanı deyil, həm də onun ayrı-ayrı elementlərini vurğulamaq imkanı.
- Uzaq məsəfədən görünür.
- Orta hesabla 10 ilə qədər istismar müddəti
- Yüksək yanğın təhlükəsizliyi. İstifadə olunan neon və işıq diodu lampaları işlədiyi zaman demək olar ki, qızmırlar.
Unutmayın! İmicin şirkət üçün “işləməsi”nə görə, əvvəlcə şirkət öz adını təsdiqləmək uğrunda işləməlidir. Şirkət və onun fəaliyyət sahəsi haqqında ilk təəssürat tanışlıqdan yaranır. Buna görə də, pulunuza çox qənaət etməyin ki, müştərinin şirkətinizlə ilk tanışlığı sehrli və yaddaqalan olsun!
Sizi maraqlandıran bütün detalları müzakirə etmək və həyatınızı 180 dərəcə dəyişdirəcək sifarişi vermək üçün sizi şirkətimizdə gözləyirik. Display&Stand şirkəti sizə ilk kapitalınızı qazanmağa kömək edəcək!