D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 12 514 87 06 (+994) 70 514 87 06

Posm материалы в Баку, Азербайджан
  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

POSM avadanlıq

Display & Stand şirkətinin təqdimatında POS – materiallar

Brendin irəliləməsi və düzgün strategiyanın işlənib hazırlanması üçün POS-materialların nədən ibarət olduğunu dərk etmək vacibdir. "Point of Sales" və ya POS hərfi olaraq “satış yeri" kimi tərcümə olunur. POS-materiallar satış nöqtəsində quraşdırılmış və ya yerləşdirilmiş müxtəlif reklam məhsullarıdır. Görünüşü ilə bu reklam növü alıcı ilə müxtəlif səviyyələli qarşılıqlı əlaqə vasitə kimi çıxış edir. POS materiallar alıcıda müsbət vizual və ya fiziki təsir yarada bilər. Müştəri üçün  dizaynın, təsvirin, parlaq tərtibatın və ya düzgün yerləşdirmənin orijinallığını qiymətləndirmək üçün bir neçə dəqiqə kifayətdir. Məhsul və ya xidmət haqqında məlumatın səriştəli şəkildə təqdim edilməsi təkcə məqsədli auditoriyanın cəlb edilməsinə deyil, həm də müştərini müvafiq məhsulu, yaxud xidməti sifariş edib almağa sövq edir.

POS-materiallar daxili və xarici reklam üçün müasir və effektiv vasitədir ki, bu da məhsul, yaxud xidmət satışlarının sayını artırmağa və eyni zamanda brend haqqında informasiyanı yaymağa imkan verir.

POS-materialların növləri

Display & Stand şirkəti Bakı və Azərbaycanda müştərilərə POS-materialların hazırlanmasını təklif edir:

  1. Stendlər;
  2. Displeylər;
  3. Voblerlər;
  4. Lövhələr;
  5. Təqdimat rafları;
  6. Şelftokerlər;
  7. Fiqurlar;
  8. Menyu altlıqları;
  9. Topper və Stopperlər;
  10. Tentlər və s.

POS-reklam üzərində şirkətin reklamı, yaxud loqotipi əks olunan müxtəlif lövhələr, bannerlər, plakatlar, işıqlı tablolar və sair elementlərdir.

Hər bir şirkət özü üçün hansı POS reklam materialından stifadə etməyi seçir.

Bu tip yüksək keyfiyyətli reklam yalnız unikal rəng “ultrabənövşəyi” çap texnikasından istifadə etmək şərti ilə əldə edilə bilər. Məhz, o, şəkilin, rəngin, həmçinin qrafikin keyfiyyətlə ötürülməsini təmin edir, bu da istənilən ölçüdə geniş formatlı çapı həyata keçirməyə imkan verir.

Display&Stand şirkətinin işi reklam fəaliyyəti ilə bağlı bir çox aspektlərdə əlaqəlidir, Bakıda müştərilərin əksəriyyəti əməkdaşlıq üçün şirkətin əlverişli şəraitini və POS–materialların keyfiyyətli çapını qiymətləndiriblər.

POSM materialları mağazanın, ticarət markasının və ya ayrı-ayrı malın təbliğinə yönəlmiş reklam məhsullarıdır. Hər bir insan hər gün supermarketdəki materiallarla qarşılaşır, çünki böyük mağazaları bannerlər, displeylər və digər reklam pos-materiallar olmadan təsəvvür etmək mümkün deyil. Bir çox brendlər və şirkətlər müştərinin etibarını qazanmaq üçün müxtəlif növ pos-materiallardan istifadə edirlər. Səbəb bəllidir, — firma nə qədər az tanınırsa, o, müştərinin etimad səviyyəsini bir o qədər aşağı salır.

POSM-materiallar olmadan hədəf auditoriyasının etibarını qazanmaq mümkün deyil, buna görə də şelfokerlər, displeylər, bukletlər və reklam informasiyasının digər növləri müasir həyatın ayrılmaz hissəsinə çevrilib.

Məhsul, mağaza və brend fərdi istiqaməti nəzərdə tutur, ona görə də fərdi olaraq hazırlaşmadan materialları əldə etmək olmaz. Pos materialların hazırlanması üçün əvvəlcə müvafiq layihə yaradılır. Bundan sonra, unikal UB çapın köməyi ilə şirkətin loqotipi, reklamı və ya brendinin əks olunduğu bukletlərin və digər əşyaların reklam lövhələrinin hazırlanması həyata keçirilir.

Ekspert qiymətləndirilməsi

2020-ci ilin məlumatlarına görə, POS materialları orta, kiçik və iri biznesin reklam aktivləşməsi və inkişafı üçün ən təsirli metod hesab edilir. Mövcud tədqiqatlara görə, ekspertlər baxımından əhəmiyyətli üstünlüklər aşağıdakı meyarlardır:

  1. Yerləşdirmə mümkünlüyü məhdudiyyətsizdir, bu da brendin loqotipini və ya markasını material və qablaşdırmanın üzərində tətbiq etməyə imkan verir.
  2. Vəziyyətdən, yaş qrupundan və sosial statusundan asılı olmayaraq, geniş hədəf auditoriyasını fəal şəkildə cəlb edir.
  3. Həm kiçik, həm də böyük biznes üçün əlçatandır.
  4. Yüksək keyfiyyəti və rahat oxuna bilən məlumatı ehtiva edir.
  5. Az müddət ərzində istehsal olunur.

Ekspertlərin fikrincə, POS-materialların istifadəsi yalnız məqsədli auditoriyanı əldə etmək üçün deyil, həm də şirkətin özünəməxsus məhsulu və ya xidməti haqqında məlumat yaymaq üçün unikal imkandır.

POS-materialların xüsusiyyətləri

POS-materialların təsirliliyi aşağıdakı xüsusiyyətlərdən ibarətdir:

  1. Vizual əlaqə. Material informasiya ilə həddindən artıq dolmamalıdır və eyni zamanda maksimal dərəcədə informativ olmalıdır. Parlaq rənglər, qeyri-standart qrafik həllər daha yaxşı və daha sürətli xatırlanır, insanın yaddaşında həkk olunur.
  2. Düzgün yerləşdirilmə vizual əlçatanlıqla əlaqəlidir. Mütəxəssislər POS-materialların montajını həyata keçirməzdən əvvəl çoxlu tədqiqatlar aparırlar. Onlar yalnız müştəriyə deyil, hədəf auditoriyanın hər-hansı bir seqmentinə də təqdim edilməlidir.
  3. Motivasiya hərəkət istəyindən ibarətdir. Bu, güzəştlər, endirimlər, aksiyalar və digər oxşar hərəkətlər deməkdir.
  4. İrəliləyiş vaxt və hərəkətin heç bir məhdudiyyəti olmayan mərhələdir.

Pos-materiallarınl sifariş etməzdən əvvəl əsas xüsusiyyətləri öyrənmək məsləhətdir. POSM-in düzgün inkişafı və POS materialların unikal dizaynı yalnız biznesi inkişaf etdirməyə və onun çiçəklənməsinə nail olmağa kömək etməyəcək. Pos-materiallar bu gün baş ticarət motorudur. Bu cür reklamın əsas xüsusiyyətlərini nəzərə alan və geniş hədəf auditoriyasını qazandıran, müştərinin etibarını qazanmağa, həmçinin satışları artırmağa imkan verən universal aləti yaradan peşəkarlarla əməkdaşlıq etmək vacibdir.

Display&Stand şirkətinin üstünlükləri

Şirkətimizin bütün müştərilərinin 90%-dən çoxu Bakı və Azərbaycanda əməkdaşlıqda bir sıra üstünlüklər təklif etdiyimizə görə, daimi olmuşdur:

  1. Unikal avadanlıqların mövcudluğu sayəsində  həyata keçirilən POS materialların yüksək keyfiyyətli istehsalı. Biz yalnız reklamı deyil, həm də ona aid bütün komponentləri yaradırıq, bu da, öz növbəsində, aşağı qiyməti təmin edir;
  2. Aksiyalar və endirimlər hesabına sifarişçinin vəsaitinə qənaət etməyə imkan verən münasib qiymət kateqoriyası. Özünəməxsus istehsalat və sınanmış təchizatçılardan unikal materialların əldə edilməsi xoş qiymətə yüksək keyfiyyətə zəmanət verir;
  3. Məhsuldar və unikal materialları sıfırdan yaratmağa kömək edən təcrübəli işçilər.
  4. Sifarişlərin vaxtında təhvil verilməsi müştəri  üçün təhvil vermə tarixlərinin açıqlamasına imkan verir.

Xarici texnologiyadan, müasir avadanlıqdan və yüksək keyfiyyətli materiallardan istifadə edirik ki, bu da təsdiq edilmiş maketə uyğun olaraq, POSM-u unikal müddət ərzində istehsal etməyə imkan verir.

Mətbəədə POS-materialların çapı

Müasir texniki təchizatın geniş miqdarı sayəsində şirkətimiz əhəmiyyətli istehsal bazasına malikdir. Biz müştərinin istəklərini və maliyyə imkanlarını nəzərə alaraq POS-materialların bütün növ və kateqoriyalarını yaradırıq. POSM istehsalının hər bir mərhələsi yüksək ixtisaslı mütəxəssislər tərəfindən idarə olunur ki, bu da səhlənkarlığın qarşısını almağa imkan verir. Biz rəngli çap həyata keçirən və reklamın istismar müddətini çoxamağa imkan qoruyucu materiallarını tətbiq edən az şirkətlərdən biriyik. POS-materiallarımız məhsul və xidmətlərin satışına müsbət təsir göstərir, çünki sifarişçimizin nəyə nail olmaq niyyətində olduğunu dəqiq bilirik.

(+994) 12 514 87 06
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın