D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 12 514 87 06 (+994) 70 514 87 06

Продукция поддержки продаж в Баку, Азербайджан
  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Satışa dəstək avadanlıq

Nümunələr

Satışa dəstək məhsulları

D&S şirkəti 2002-ci ildən fəaliyyət göstərir və bir çox tanınmış brendlərlə əməkdaşlıq edir. Şirkət fəaliyyətinin və işinin yerinə yetirilməsinin əsas məqsədi POS avadanlıq bazarında lider olmaqdır. Yeni texnologiyalar, şirkətin və bütün istehsalat ixtisas səviyyəsinin yüksəldilməsi istehsalımızın keyfiyyətini yaxşılaşdırmağa imkan verir.

Biz illər ərzində formalaşmış nüfuz və etibarıq. Rəqiblərin yalnız mənfəət əldə etmək istəyi ilə müqayisədə şirkətimiz nəticə üçün iş strategiyasını seçdi. Bütün bunlar bizim mütəxəssislərimiz sayəsində mümkündür.

Müştərilərimizin dairəsi çox genişdir:

  • Müxtəlif məhsul və xidmət istehsalçıları
  • Distribyutor və reklam şirkətləri
  • Mağazalar və supermarketlər şəbəkələri
  • Ticarət sahəsində malların yerləşdirilməsinə köməyə ehtiyacı olan müştərilər.
  • Kreativ və reklam agentlikləri

Nə təklif edirik?

Saytımızda tanış ola biləcəyiniz xidmət və məhsulların seçimi də genişdir. D&S şirkətinin mütəxəssisləri tərəfindən belə məhsul kateqoriyaları sistemləşdirilib və ayrılıb:

  • Metal
  • Şüşə
  • Mebel
  • Reklam
  • Satışa dəstək malları
  • Xidmət

"Metal" kateqoriyası müxtəlif ticarət rəfləri, satış dayaqları, ticarət torları, səbətlər və perforasiya panelləri daxildir.

"Şüşə" kateqoriyası şüşə kublar, konfetqabları, şüşə stendlər, mağaza rəfləri, metal və laminat stendləri üçün müxtəlif şüşə aksessuarlar mövcuddur.

"Mebel" kateqoriyasını DSP-dən düzəlsilmiş ticarət stendləri, sərgi stendləri, mağaza və butiklər üçün avadanlıqlar, alüminium profilli stellajlar, xromlanmış borudan olan stendlər, ekonom panellər təşkil edir.

"Satışa dəstək malları" kateqoriyasında təmsil etdiyimiz HMK (Türkiyə) və EPG (Avropa-Rusiya) istehsalı olan şirkətlərin məhsulları. O cümlədən plastik çərçivələr, mandal qiymət yerləri, stopper tutucu, rəf bölücü və digər müxtəlif məhsullar.

Xidmət və malların kateqoriyası olan “Reklam” vinil, tor vinil, bannerlər üzərində geniş formatlı çap, avtomobil brendləşdirilməsi, lazer  kəsməni və digər elementləri ehtiva edir.

Hazır məhsulun sifarişçinin anbarlarına və ticarət nöqtələrinə çatdırılması, ticarət avadanlığının təmiri və yığılması isə "Servis kateqoriyasına aiddir.

Ticarət avadanlıqları nə üçün lazımdır?

Ticarət sahələrinin bütün sahibləri üçün əsas məsələ satış həcmlərinin artırılmasıdır. Bunun üçün bütün üsullar yaxşıdır. Qərbi Avropanın vitrinləri parlaq işıqlarla təchiz olunub. Həmin vitrinlərin yanından sadəcə keçmək mümkün deyil, onlar sehirli elementlərlə alıcıları cəlb edirlər.

Qarşıya qoyulmuş vəzifələrə nail olmaq istifadə edilən üsullardan biri, sərfəli ticarət avadanlıqlarının və mebellərin düzgün seçilməsi və istifadəsidir. Burada onun funksional təyinatı, reklam imkanı və satılan məhsulu sərfəli təqdim etmək imkanı qiymətlidir.

Bizim şirkət potensial alıcıların artmasına və mağazanızdakı mənfəətin artmasına kömək edə biləcək avadanlıq almaq imkanını təklif edir. Buraya stendlər, vitrinlər, hərəkətli sistemlər, fırlanan dayaqlar, satış səbəti, stellajlar və rəflər daxildir. D&S şirkətinin saytında ticarət fəaliyyətinizin istiqamətinə uyğun olan avadanlıqları tapa bilərsiniz. Bundan əlavə, Azərbaycanda mağazalar, supermarketlər, ticarət mərkəzləri üçün mebel və aksessuarlar, həmçinin reklam çapı üçün ticarət avadanlığının sifariş variantları nəzərdən keçirilir.

Müxtəlif sərgilərdə, yarmarkalarda iştirak etməklə və ya sadəcə öz məhsullarını reklam etməklə, bukletlər üçün stendləri istifadə etmək olar.

Ticarət avadanlığı effektivdirmi?

Hər şeydən əvvəl, belə avadanlıq və mebeldə alıcıya təklif olunan malın sərfəli saxlanması, yerləşdirilməsi məsələsi nəzərdən keçirilir. D&S şirkətinin mütəxəssisləri bu cür avadanlığın bir çox variantlarını işləyib hazırlamışlar ki, onun köməyi ilə sizin məhsulunuz gözəl təqdim olunacaq, digər məhsullara nisbətən tutumlu şəkildə yerləşdiriləcək və onların üstünlüklərini göstərəcək. Bununla yanaşı, müştərilərimiz yalnız keyfiyyətli məhsullar əldə edirlər.

Alıcılara bu cür avadanlıqlarla seçim etmək rahatdır, müşayiət edən reklamın yerləşdirilməsi imkanı isə əlavə bonus — satışın artırılmasına imkanı yaradır. Beləliklə, avadanlıqlarımız sizin xeyrinizə işləyəcək.

Bir çox şirkət və brendlər öz orijinal reklam maketlərindən, mebel və avadanlıqlardan istifadə edirlər. Unikal olaraq tərtib edilmiş avadanlıqları əldə etməklə malın brendi formalaşır ki, bu da gələcəkdə digər mallar və satıcılar arasında nəzərə çarpır.

Standart avadanlıqların alınması üçün bir seçim var, lakin burada onun dizaynı qiymətli olacaq. Bizim mütəxəssislər orijinal rəngləmə, avadanlıqların səthlərinin işlənməsini yerinə yetirməyə hazırdırlar.

İrəliləyiş haradadır?

Satış səviyyəsini yüksəltmək, onu yüksək keyfiyyətli və sürətli etmək lazımdırsa, o zaman irəliləmə sistemini savadlı şəkildə təşkil etmək lazımdır. Burada əsas məqsəd potensial alıcılara məhsul və ya xidmət haqqında məlumat verməkdir. Məlumatlandırma prosesi firma adları, orijinal qablaşdırma, reklam çağırışları və ticarət vitrinləri vasitəsilə həyata keçirilə bilər. Bütün bu proseslər hazırladığımız avadanlıqların köməyi ilə reallaşa bilər, bir anda bir neçə inkişaf komponentini birləşdirərək effektiv sistemə sahib olacağıq.

Satışa dəstək məhsulları

Avadanlıqların bu istiqaməti arasında zahirən əhəmiyyətsiz elementləri qeyd etmək olar. Amma məhz onların sayəsində alıcı və malın arasında “əlaqə” yaranır.

Bəli, mal ayrı yerləşdirilməlidir. Bizim şirkət bu işdə sizə kömək etməyə hazırdır. Biz müxtəlif stellajları, rəfləri, ticarət mebelləri və vitrinlərini, həmçinin teşir səbətlərini hazırlayırıq. Rahat, etibarlı və geniş.

Bəs məhsul haqqında qısa məlumat, onun dəyər miqdarı harada yerləşdirilir? sərfəli təklif və səhmlərlə harada tanış olmaq olar? Bu halda həm alıcıya, həm də satıcıya, ilk növbədə, qiymət etiketləri kömək edəcək. Qiymət etiketlərini mal rəfində, malın üzərində, yaxud yanında bərkitmək lazımdır.

Bunun üçün bizim şirkət qiymət etiketləri saxlayıcılarının müxtəlif variantlarını təklif edir. Metal, plastik, taxta, şüşə, yapışan etiket, iynə, etiket cibləri formasında istehsal olunan qiymət etiketlərin saxlayıcılarının müxtəlif variantlarını təqdim edirik. İstehsal etdiyimiz məhsullar universallığı ilə fərqlənir.

Potensial müştəriyə necə dəstək vermək lazımdır? Alış-verişin həyata keçirilməsi üçün rahat şəraiti necə yaratmaq olar? Bunun üçün mütəxəssislərimiz alıcılar üçün keyfiyyətli və rahat zənbillər(səbətlər) təklif edirlər. Bunlar metal və plastikdən hazırlan və təkərlər vasitəsilə hərəkət edən alış-veriş sebətləridir. Təqdim etdiyimiz sebətlərlə rahat şəkildə alış-verişinizi edə bilərsiniz.

Bizim şirkətə müraciət edən istənilən müştəri satışlarını sabit səviyyədə saxlamaq üçün məhz öz məhsulunu tapacaq və seçəcək. Böyük çeşid və variasiyalar isə ticarət şəbəkələri, marketlər və digər ticarət platformaları üçün sərfəli topdan sifariş verməyə imkan yatadır.

D&S-ın üstünlükləri

D&S-ın əsas üstünlüyü məhsullarının dəyəridir. "Qiymət-keyfiyyət" prinsipinə uyğun obyektiv qiymət siyasətini sürürük. Digər üstünlüyümüz isə bizim imkanlarımızdır, bizim üçün yerinə yetirilməz vəzifələr yoxdur. Biz istənilən fərdi sifarişləri nəzərdən keçiririk və sizə lazım olan avadanlıqları seçməyə, sifariş etməyə və çatdırmağa kömək edirik.

Fəaliyyət göstərdiyi illər ərzində şirkətimiz özünü operativ komanda kimi tanıtmışdır. Peşəkar, səriştəli məsləhətlər, optimal seçim, keyfiyyətli istehsal, avadanlığın sürətli çatdırılması və yığılmasınl təmin edirik. Həmişə və istənilən miqdarda. Yeri gəlmişkən, məhsullarımızın miqdarı bizim daha bir üstünlüyümüz sayılır. Şirkətimizin böyük məhsul bazası mövcuddur.

(+994) 12 514 87 06
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın