Xarici reklam üçün geniş formatlı çap
Xarici reklam məhsulları binaların divarlarında, küçələrdə, həyətlərdə, yollarda və sair yerləşdirilən reklam daşıyıcılarıdır.
İctimaiyyətin diqqətini cəlb etməsi üçün xarici reklamın tam rəngli təsviri, parlaq, dəqiq, eyni zamanda diqqəti cəlb edən dizaynı olmalıdır. Bunun üçün çöl reklamlarda geniş formatlı çap istifadə olunur.
Azərbaycanın D & S şirkəti öz müştərilərinə belə xidməti göstərməyə hazırdır. Bunun sayəsində lövhələr, bannerlər, sərgi stendləri və ticarət nöqtələri asan tərtib olunur. Eyni zamanda, reklamın səmərəliliyi və məhsuldarlığı üçün çapın keyfiyyəti böyük əhəmiyyət kəsb edir. Məhz buna görə şirkətimiz günəş şüalarından, küləkdən, yağışdan, qardan “qorxmayan”, son dərəcə davamlı boyalardan istifadə edir.
Geniş formatlı çapın əsaslı xarici reklamın hazırlanmasında lazım olan bütün səthlərə demək olar ki, istənilən təsviri köçürürmək olar.
Geniş formatlı çapı sifariş etmək istəyirsiniz? Bizimlə bunu asanlıqla edə bilərsiniz!
İri formatlı printerlər üzərində çap özündə yüksək məhsuldarlığı və effektivliyi birləşdirən reklamı istehsal edir.
Bu formatın xüsusiyyətləri hansılardır?
- Yüksək sürətli istehsal, eləcə də ən məqbul çap formatını seçmək imkanı.
- Rəng təbiiliyinin və parlaqlığının təqdim olunması.
- Xüsusi işıqlandırmanı istifadə edərək, istehsal olunan çap məhsulunu günün istənilən vaxtında görmək asandır.
- Şəkillər uzun müddət ərzində orijinal görünüşünü saxlayır.
Sizə nəyi təklif etməyə hazırıq?
D&S şirkəti aşağıdaki xidmətləri təklif edir:
- geniş formatlı ultrabənövşəyi çap – şüşə, taxta, plastik, metal, keramika və s. səthlər üzərində bərk polimer mürəkkəblərin tətbiqi üçün nəzərdə tutulan modernləşdirilmiş üsul
- böyük formatlı şəkillərin çapı. Məsələn, kombinasiya edilmiş reklam məhsulları olan lövhələr yalnız düz deyil, həm də həcmli ola bilər.
- böyük formatlı fotoların çapı.
Roland printerləri vasitəsilə keçirilən çap yüksək keyfiyyətə, müstəsna mürəkkəb müqavimətə zəmanət verir. Biz istehsalda universal çoxfunksiyalı maşınlardan istifadə edirik, hansılar ki, təsviri yalnız kağıza, kartona deyil, həm də başqa səthlərə çap edə bilərlər.
Material
- Banner parçası — poliester iplə möhkəmləndirilmiş polivinilxloriddən hazırlanmış xüsusi möhkəm kətandır.
- Banner tor - əsasən pəncərə üzərinə istəfadə olunan. Daxildən görünüşü məhdudlaşdırmayan.
- Yapışdırılan plyonka — reklam sahəsində istifadə olunan ən məşhur materialdır. Plyonkalarv (vinil) qiyməti, həm də keyfiyyətinə gprə fərqlənir. Vinil həm xarici, həm də daxili reklam üçün uygundur.
- Kətan — bədii kətanı imitasiya edən parçanın əsasını təşkil edən sıx materialdır.
- Kağız — Xüsusi örtüklü rütubətə davamlı materialdır. Reklam kağızları brend, tərkib və keyfiyyətə görə bölünürlər.
Əlavə xidmətlər
- Laminasiya. Çapın qorumaq üçün nəzərdə tutulan şəffaf plyonka təbəqəsidir.
- Plotter kəsimi. Vektor təsvirinin dəqiq tətbiqi texnologiyasıdır. Mikroprosessorla idarə olunan bıçaq vasitəsilə səthdə maksimal dəqiqliklə istənilən naxış kəsilir.
D&S ilə işin üstünlükləri
Uzun illərdir ki, şirkətimiz geniş formatlı çap xidmətlərini göstərir, reklam daşıyıcılarını hazırlayır, satış nöqtələrini tərtib edir. Biz yalnız keyfiyyətli məhsul tədarükçüləri ilə əməkdaşlıq edirik, analoqu olmayan eksklüziv reklam konstruksiyalarını yaradırıq. Müştərinin istəyinə əsaslanaraq, peşəkarlardan ibarət komandamız elə bir məhsul yaradacaq ki, bu məhsul öz sahəsində heç bir tayı-bərabəri olmayacaq.
- Biz hər bir müştəriyə fərdi yanaşırıq
- Yüksək keyfiyyətli çap edirik
- Yüksək texnologiyalı tətbiq üsulunu istifadə edirik
- Roland printerləri vasitəsilə geniş format çap materiallarını hazırlayırıq
- Məhsulun maketini hədəf auditoriya ilə qarşılıqlı əlaqədən sonra hazırlayırıq
- İşlərin yerinə yetirilməsi müddəti ilə hər bir sifarişçini məmnun edəcəyik
- Müştərinin istəyi ilə əlavə xidmətləri təşkil edirik
- Xidmətin qiyməti kifayət qədər demokratikdir, sifariş prosesində müzakirə olunur
- Saytımızda lazımi məhsulu/xidməti sifariş etmək çox asandır
Azərbaycanın D&S şirkəti ilə əməkdaşlıq sayəsində siz həmişə nəticədən razı qalacaqsınız. Peşəkarlardan ibarət komandamız hər zaman sifarişləri ətraflı və dəqiq şəkildə ifadə edərək müştərilərə cavab verir. Bununla yanaşı, öz işimizdə istifadə etdiyimiz müasir istehsal gücləri plakatların istənilən tirajla ən qısa müddətdə hazırlanmasına imkan verir.
D&S şirkəti bu sahədə uzun illərdir ki, fəaliyyət göstərir. Hamımızın bildiyimiz kimi, həmişə və hər şeydə, xüsusilə də reklamda sifarişçimizlə eyni dildə danışan təcrübəli mütəxəssislərə müraciət etmək daha yaxşıdır. Sizi anlayan D&S şirkətinə müraciət edin! Biz həmişə sizə kömək etməyə, peşəkarların tövsiyələrini verməyə, lazımi seçimi etməyə şadıq!