D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 12 514 87 06 (+994) 70 514 87 06

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

UV çap

Ultrabənövşəyi çap

D&S şirkəti geniş formatlı çap, ticarət avadanlığının istehsalı  və brendləşdirmə daxil olmaqla, reklam xidmətlərinin göstərilməsində ixtisaslaşıb.

Ultrabənövşəyi çap ultrabənövşəyi şüaya məruz qaldıqda bərkiyən mürəkkəbdən istifadə olunan inkjet çapın formalarından biridir. Proses zamanı çap olunmuş materialda incə plyonka əmələ gəlir. Komandamızın işi sayəsində faktiki olaraq hər bir səthə çap materialını yerləşdirmək mümkün olacaq. Materialların bu üsulla hazırlanması prosesində tətbiq olunan seçilmiş mürəkkəb ekoloji cəhətdən fərqlənir və buna görə də tamamilə zərərsizdir.

UV çap harada istifadə edilə bilər?

  • Promo və biznes suvenirlərin brendləşdirilməsi
  • Lövhələrin və müxtəlif növ qacetlərin tərtibatı
  • Reklam poliqrafiya sənayesinin unikal analoqlarının yaradılması
  • Prototiplərin, həmçinin qablaşdırma nümunələrinin hazırlanması

D&S şirkəti ultrabənövşəyi çap prosesində yalnız ən yaxşı avadanlıqdan və müasir texnologiyalardan istifadə edir. Bunun sayəsində nəticə bütün gözləntiləri aşır: çap olunan şəkil silinmir, orijinal görünüşünü dəyişməyərək uzun müddət ərzinfə orijinal görünüşünü saxlayır. Biz hətta ən mürəkkəb və çoxsahəli reklam poliqrafiyasının istehsal edə bilərik.

Təqdim etdiyimiz ultrabənövşəyi çapın üstünlükləri hansılardır?

  • Yüksək keyfiyyətli, parlaq və rəngli şəkil
  • Xarici təsir amillərinə qarşı davamlı, rəngliliyi “yanmır”
  • Ağ tonunun çap
  • Boyaların ekoloji təmizliyi və təhlükəsizliyi
  • Mat boya, parıllamır

Şirkətimiz istehsalda geniş formatlı tablet printerlərdən istifadə edir. Maksimal hamar səthli materialları əldə etmək üçün boya adqeziyasını yaxşılaşdıran xüsusi praymer istifadə olunur. Praymer həmçinin əlavə müdafiə qatını yaradır, bunun sayəsində məhsulun istismar müddəti əhəmiyyətli dərəcədə artır. Bu üsul ən müasir, etibarlı və universal çap növüdür.

Ultrabənövşəyi çap üçün uyğun olan materiallar:

  • şüşə üzərində
  • metal üzərində
  • taxta üzərində
  • keramik plitə üzərində
  • pvc plastik üzərində

Taxta. Hər-hansı məhsulun reklamı üçün əla seçimdir. Taxta səthlərdə unikal, keyfiyyətli şəkillər yaradılır. Adi taxta gözümüzün önündə parlaq, maraqlı, şık məhsula çevrilə bilər. Bu metodikanın xüsusiyyəti onun davamlılığı, rəngarəngliyi, ekoloji cəhətdən təmizliyidir. Belə səthdə boya uzun müddət ərzində qalır, bu zaman qoruyucu funksiyanı yerinə yetirərək, taxta məmulatın xidmət müddətini əhəmiyyətli dərəcədə artırır. Bu üsul yalnız reklam xidməti tərəfindən deyil, interyer dizaynerləri tərəfindən də istifadə olunur.

Metal. Uzunmüddətlik elementləri yaratmaq üçün gözlənilməz bir fürsət. Həmin elementlər informasiya nişanları, lövhələr, sertifikatlar, dekorativ elementlər, beyclər də ola bilər. Bütün bu elementlər yalnız maraqlı görünməyəcək, həm də sahibinə uzun illər boyunca mükəmməl xidmət edəcək. Məkanınız başqaların arasında seçiləcək, fərdi hədiyyəlik qutular isə müştərilərin yaddaşında qalacaq. D&S öz məhsullarının yüksək keyfiyyətini və etibarlılığını təmin edir.

Şüşə. Bu yaxınlara qədər şüşə üzərində çap əhəmiyyətli və vaxt aparan bir məsələ idi. İndiki UB çap texnologiyaları bu gün o qədər də mürəkkəb olmayan bu məsələni həll edib. Bu dizayn və reklam sahəsində əsl irəliləyişdir. Hazırki gündə şüşə unikal dekorasiyalarla, nəfis dizaynla  bəzədilə bilər, şüşə metal və ya yapışqan plyonkanı rahatlıqla əvəz etməyə imkan verir.

Keramik plitələr. Bu metod fantastik təsvirlər, kreativ Reklam, təqdim olunan materialla işlənmiş yerlərdə loqo yaratmağa imkan verir. Eyni zamanda, belə bir səth növü xüsusi qayğını tələb etmir. Keramik plitələr tətbiq olunduqda üzərindəki çap üçün xüsusi boyalardan istifadə edilir. Bu boya dayanıqlığı ilə seçilir: yuyucu vasitələr və temperatur dəyuşiklikləri qarşısında pozulmur. Bu cür çap növü üçün avropa formatlı avadlıq istifadə olunur.

Plastik. Plastik üzərində ultrabənövşəyi çap məhsulun tərtibatı, satış yeri və reklam aksiyalarının təşkili cəhətdən yenilikdir. Göstərilən texnologiyanı tətbiq edərək, hər hansı bir mürəkkəbliyin təsvirinə, eləcə də rəng doldurulmasına nail olmaq asandır. Plastik üzərində tətbiq olunan UB çap xarici reklam istehsalının əsas formatlardan biri hesab olunur, onun tətbiqi sahəsi miniatür posterlərdən böyük reklam lövhələrinədək geniş genişdir.

Ultrabənövşəyi çapın qiyməti

D&S onlayn mağazasının saytında məhsul/xidmət sifariş etməklə siz təcrübəli mütəxəssislər qrupu ilə əməkdaşlıq şansı əldə edəcəksiniz. Yalnız bizdə əhali üçün ən münasib qiymətlərin olduğunu başa düşəcəksiniz.  D&S şirkəti olaraq hər bir müştəriyə qarşı maraq və hörmət göstərərək fərdi yanaşma tətbiq edirik.

Şirkətimizə müraciət etməyə qərar verən müştərilərə hər zaman şadıq. Qapılarımız hər kəsə açıqdır!

(+994) 12 514 87 06
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın