D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Sərt materiallar üzərində çap

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Azərbaycanda fəaliyyət göstərən DS şirkəti müxtəlif növ çap işləri xidmətini həyata keçirir, o cümlədən, sərt səthlər üzərində ultrabənövşəyi (digər adı UV) çapı.

Təcrübəli mütəxəssislərimiz tərəfindən PVX (foreks), alkopan, metal, laminat, şüşə, akril, kafel və bu  kimi sərt materiallar üzərində UV çapı işləri görülür.

Sərt material üzərinə çap olunması üçün unikal ultraviolet texnologiyası tətbiq olunur. Bu  çap üslubu bir növ hamının tanıdığı inkjet  (püskürmə printerlər) çap növünə bənzəyir.

Muasir UV-mürəkkəb ultrabənövşəyi şualar altında qatılaşıb quruyanda, lazımi qalınlıqda olan pərdə kimi çap olunan materialın üzərinə yapışır.

Unikal  UV-mürəkkəbi ixtisaslaşmış müəssisələrdə şualanma altında polemirizasiya tərkibli maddələrdən hazırlanır.

Geridönmə olmayan polemirizasiya prossesi rəng çalarlarını daha zəngin və parlaq etməsi bunun əsas özəlliyidir. Mürəkkəb müxtəlif təmizləyici vasitələrə qarşı davamlı olmağı, onların illər boyu rəng dəyişməməsinin və solmamasının səbəbi olur. Çap olunmuş səth yüksək yapışma xüsusiyyətinə malikdir.

Komfort istifadə

Bizim ustalar tərəfindən sadalanan bir neçə müsbət cəhəti qeyd etmək istərdik:

  • Buxarlanma effekti olmayan bir komponentli tərkib sayəsində vurulmuş rəng dərhal quruyur
  • Əlavə kimyəvi həlledicilərin tələb olunmaması (keramika istisna olmaqla)
  • Mürəkkəbin illər sonra da solmaması və ilkin rəngdə qalması

Özəl xüsusiyyətlər

UV çapın çoxlu üstünlüklərinə baxmayaraq hər bir səthə vurulan boyanın öz fərqliliyi olur:

  • Plastik (foreks) , PVX üzərində çap. Müxtəlif növ az sayda olan göstərici və lövhələrin çapı, UV çapı trafaret tipli çapdan həm keyfiyyət, həm də qiymət cəhətdən üstündür.
  • Taxta, dikt, laminat, MDF üzərində çaplar fərqli ağac və ağacabənzər rənglərin alınmasını asanlaşdırır.
  • Karton. Yüngül və işləməyə rahat olan bu material üzərinə istənilən şəklin qırışsız və əziksiz həkk olunması. Reklam sahəsində bu istiqamət aparıcı rol oynayır.

Çap həm rəngli , həm də ağ karton üzərində oluna bilir. Mütəxəsislər çap üçün ağ karton seçməsini tövsiyyə edirlər. Ağ karton üzərində çap rənglərin daha aydın görünməsi üçün çox əlverişlidir.

  • Penoplast, penokarton- müxtəlif növ dekorasiyalar yaratmaq üçün istifadə olunan material. Penoplast üzərində UV çap, yeni effektiv fiqurların və reklam həllininin gerçəkləşməsini təmin edə bilər. Biz penoplast və penokarton üzərində UV çap üçün qalınlığı 20 mm-dən çox olmayan materiallardan istifadə edilməsini tövsiyyə edirik.
  • Kompozit alüminium panellər və ya alkopan. Onun üzərində hər bir şəkil, nişan və ya digər emblem çox maraqlı və cəlbedici görsənir. Çox zaman bu cür işlərə çöl reklamının bir əlavəsi olaraq əyləncə mərkəzləri və iri şirkətlərin binalarının divarlarında rast gəlmək olar.
  • Akril və şüşə- bəlkə də şüşə üzərində UV çapAzərbaycanda ən geniş istifadə olunan xammaldır. Əsasən mətbəx üçün sinəlik və dolabların qapılarında istifadə olunaraq ümumi görünüşə müsbət təsir etmək gücünə malikdir.
  • Kafel, metlax və hamam arakəsmələrində olunan UV çap, sizə müasir tələblərə cavab verə biləcək görünüş bəxş edəcək. UV çapın üzərindən qoruyucu lak vurulduğu üçün rəsm üzunmüddətlilik və suyadavamlılıq xüsusiyyətlərini alır.

Azərbaycan, Bakı şəhərində yerləşən DS şirkətinin təcrübəli əməkdaşları sizə istədiyiniz səmtə uyğun olaraq şəkil və material seçimində dəstək olacaq, UV çap vasitəsilə fərqli dizayn yaratmağa yardımçı olacaqlar!

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın