<link href="https://cdnjs.cloudflare.com/ajax/libs/fancybox/3.5.7/jquery.fancybox.min.css" rel="stylesheet"/>

Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Şüşə üzərində rəsm çapı

Şüşə üzərində rəsm çapı

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan
    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)
  • Tərtibat və istehsalatda böyük təcrübə
    (kataloqdan seçin və ya məsləhət alın)
  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq
    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)
  • Öz istehsalatımız və maşın parkı (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)
  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!
×
Invalid Input

Invalid Input

Error

Nümunələr

Rəsm və şəkillərin şüşə üzərində çapı bu zəngin rənglərə malik real bir görüntüdür. Öz interyerinizin dizaynında fərqli bir həlldən istifadə etmək istəyirsinizsə, şüşə üzərində şəkil çapı sizin üçündür. Məsələn, bir otağın dizaynında klassik variant deyil kətan üzərində rəsm çapları daha uyğun gələ bilər. Xüsusilə, yüksək texnoloji ("High-tech" kimi) müasir üslubdan seçilən bir interyer və reklam növüdür.

Şüşə üzərində çap müasir daxili dizaynda bir yenilikdir. Bu lakonik və estetik bir dekorasiya elementdir. Şüşənin arxasındakı vinil plyonka və künclərin yonulması (faset və radaj olunması) rəsmləri təhlükəsiz, xrom montaj künclüklər isə müasir üslubu vurğulamağa kömək edir. Şüşə üzərində UV çap etmək üçün 4-10 mm qalınlığında olan şüşədən istifadə olunur.

İstifadənin xüsusiyyətləri:

  • Şüşə üzərində şəkil rahat silinə bilər, o nəmə davamlıdır;
  • Bank, ofis, restoran, otel, tibb mərkəzi və mənzilin daxili dizaynında istifadə edilə bilər;
  • UV çap olunaraq hazırlanan şüşə üzərində rəsmlər üçün kimyəvi təmizləyicilərə, cızıqlara və mexaniki zərbələrə davamlığı olan bişmiş (tempered) şüşə istifadə olunur. Bundan əlavə, temperatur dəyişikliyi və rütubət şüşə şəkillərə təsir göstərmir. Şüşə UV şəkillər günəşdə solmur və uzun müddət zəngin çalarları saxlayır.
  • Təsvirin fərdi seçim imkanı şüşəyə çap olunan rəsmlər interyerin populyar elementlər sırasında olmasına səbəb olur. İndi mağazaların təqdim etdiyi mövcud seçimlərdən seçim etməyə ehtiyac yoxdur. Özünüz orijinal bir rəsm yarada bilərsiniz.
  • Ultrabənövşəyi çap texnologiyasının istifadəsi sayəsində şəkil rəng palitrasının zənginliyinə və dərinliyinə malikdir. Şüşələrə şəkillər çap edərək siz otağın ən sərt tərzini belə canlandıra bilərsiniz.
  • Şüşə şəkil vahid kompozisiyaya birləşdirilmiş bir neçə moduldan ibarət ola bilər.

Bakıda və Azərbaycanda D&S şirkəti rəsm əsərlərinin şüşə üzərində çap edilməsini həyata keçirir. Mütəxəssislərimiz müştərinin büdcəsini və istəklərini nəzərə alır. Seçdiyiniz interyer üçün mükəmməl şüşə üzərində bir şəkil yaratmağınıza kömək edəcəyik.

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın