<link href="https://cdnjs.cloudflare.com/ajax/libs/fancybox/3.5.7/jquery.fancybox.min.css" rel="stylesheet"/>

Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Masaüstü stendlər

Masaüstü stendlər

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan
    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)
  • Tərtibat və istehsalatda böyük təcrübə
    (kataloqdan seçin və ya məsləhət alın)
  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq
    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)
  • Öz istehsalatımız və maşın parkı (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)
  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!
×
Invalid Input

Invalid Input

Error

Nümunələr

Hər bir uğurlu biznes aparan şirkətdə məhsul çeşidi artırmaq və ya yeni “qaynar” zonalarda təqdim olunmaq kimi hallar baş verdikdə onların köməyinə keyfiyyətli və müasir masaüstü stend və displeylər gəlir. Masaüstü displeylərdə mallarınız masalarda, piştaxtalarda, vitrinlərdə və ya digər yerüstü stendlərə bərkidilərək potensial müştərilərin diqqətini cəlb edir. Masaüstü stendlər müxtəlif xarici görünüşdə və ölçülərdə olur. Məftildən, akrildən, şüşədən və digər materiallardan hazırlanaraq kassayanı ətrafda rahatlıqla istifadə edilə bilər.

DS şirkəti Azərbaycanda yüksək keyfiyyətli müxtəlif materiallardan masaüstü stendlərin istehsalı istiqamətində fəaliyyət göstərən reklam şirkətidir. Məhsullarımız ölçü, forma, material müxtəlifliyi və digər texniki nüanslarla  bir- birindən fərqlənir. Özlüyündə stend və displey istehsalını, brend başlıqların işıqlı və sadə çaplı edə biləcək az bir şirkətlərin birincilər sırasındayıq.

Masaüstü stendlərin növləri və tətbiq sahələri

Artıq mallarınızı effektiv təqdim edə biləcək keyfiyyətli düzgün stend seçimi etmək o qədər də çətin məsələ deyil. Müştərilərimizin bir qismi dizayn və kreativ agentliklərin tərtib etdiyi rəsmlərlə, digər qismi mal nümunəli və tələbləri ilə bizə yaxınlaşaraq öz məhsullarına unikal masaüstü stend sifariş verirlər. Kompakt ölçülərdə olmasına baxmayaraq alıcılara həm məhsul haqqında məlumat vermək ilə yanaşı “isti satış” etmək   xüsusiyyətinə malikdir. Marketdə, kassa masasının ətrafında növbədə duran, potensial alıcının diqqətini cəlb edə biləcək masaüstü stend reklama ayrılmış büdcənizin uğurlu addımı sayıla bilər.

DS şirkəti öz müştərilərinə aşağıda qeyd olunan masaüstü stendləri təklif edir:

  1. Asma məftil, karton və plastik stendlər. Əlavə qarmaq, rəf və səbətləri ilə təchiz olunmuş bu displeylər satış nöqtələrinin əksər yerlərində bərkidilə bilər.
  2. Mobil sabit və fırlana bilən stendlər. Üfüqi səthə bərkidilən bu növ stendlər, asma stendlərə nisbətən daha çox mal tutumuna malikdir.
  3. Bir və ikitərəfli plastik (akril) stendlər. Malların cazibəli görünməsi ilə yanaşı onları xarici mənfi təsirdən qoruya biləcək bir displeylərdir.

Bizim müxtəlif quruluşda olan masaüstü stend, displey, vitrin istehsalında 20 ilə yaxın təcrübəmiz var. İstehsal etdiyimiz stendlər düz, üfüqi, şaquli, maili, dairəvi bir sözlə sizin istədiyiniz formada ola bilər.

Üstünlüklərimiz:

  • Yüngül çəki;
  • Davamlı
  • Rahat istifadə;
  • Uzun istismar müddəti;

Şirkətimizin yüksək ixtisaslı mütəxəssisləri sizə foreks, taxta, məftil, polistirol, karton, PVC, metal və digər materiallardan hazırlana biləcək masaüstü displeylər təklif edir. Böyük təcrübəmiz və iş nümunələrimiz müştərilərimizə istək və tələblərindən asılı olaraq optimal stend variantı seçməyə kömək edir. Bizim mühəndis və usta heyəti sizə vitrin seçimində dəstək olub müasir texniki avadanlıqlarla istehsalını qısa müddətdə təmin edə biləcəklər!

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın