<link href="https://cdnjs.cloudflare.com/ajax/libs/fancybox/3.5.7/jquery.fancybox.min.css" rel="stylesheet"/>

Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Masaüstü stendlər (metal)

Masaüstü stendlər (metal)

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan
    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)
  • Tərtibat və istehsalatda böyük təcrübə
    (kataloqdan seçin və ya məsləhət alın)
  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq
    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)
  • Öz istehsalatımız və maşın parkı (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)
  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!
×
Invalid Input

Invalid Input

Error

Nümunələr

Masaüstü metal stendlər

Masa üstünə qoyulan stendlər öz istifadə sahəsinə görə universal avadanlıq hesab olunur. İstehsal zamanı tətbiq olunan geniş konstruktor və dizayn müxtəlifliklərin hesabına masaüstü displeylər həm yeyinti, həm də qeyri-qida sektoruna aid olan malların sərfəli təqdimatını və satışların artırılmasını təmin edir. Müxtəlif sahələrədə, o cümlədən ticarət məkanı və pavilyonlar (kassayanı sahələrin qurulmasında), təqdimat və sərgi tədbirlərində, ictimai iaşə obyektlərində (kafe, bar, restoran) və istirahət yerlərində (otel, fitnes, SPA, idman klubları və s) bu növ masaüstü reklam konstruksiyalardan istifadə olunur.

DS şirkəti müştərilərin istəklərini, korporativ tələblərini və malın xüsusiyyətlərini nəzərə alaraq, displeyləri müxtəlif bərkidici hissələr ilə təchiz edir və istənilən müxtəlif formalarda metal masa üstü stendlərini istehsal edir.

Rəf, səbət, qarmaq, ciblik kimi köməkçi aksessuarla təchiz olunaraq bu növ stendlər düz, maili, kaskad konstruksiyalı və fırlanma mexanizmli quruluşda ola bilər. Potensial alıcıları cəlb edə biləcək parlaq və yadda qalan görünüş, hazır məhsulun optimal fiqur, rənlənmə və brendləşdirmə hesabına əldə edilir.

Bizim mühəndis və menecer heyətimiz, sizin məhsullara uyğun və mal dövriyyəsini artıra biləcək displeylərin eskiz və 3D rəsmindən başlayaraq satış nöqtəsində istifadəyə  yararlı olacaq hazır displeyə kimi bu işdə yardımçı ola biləcəklər. Artıq sübut olunub ki, düzgün seçilən displey alıcılarda məhsul haqqında müsbət fikir yaratmaqla bərabər onları alış-verişə sövq edir.

Bizim masaüstü metal stendlərin üstünlükləri:

  • Kiçik ölçülər və səliqəlik;
  • Seçdiyiniz yerə uyğun olan displeylərin sərfəli yerləşdirməsi;
  • Sırf sizin mallarınıza uyğun adaptasiya olunması;
  • Alıcı diqqətini effektiv cəlb etməsi;
  • Sadə istifadə və qulluq;
  • Mexaniki zədələmələrə daha dözümlü;
  • Etibarlı, uzunömürlü və möhkəm bərkidici sistemləri;

DS şirkətin istənilən quruluşda və mürəkkəbliyində olan  metal masa stendləri yeksək keyfiyyətli xammaldan istehsal olunur. Ustalarımızın peşəkarlığı və avtomatlaşdırılmış bir çox istehsalat prossesləri sizin sifarişinizi qısa zamanda icra etməsinə şərait yaradır.

Biz bu sahədə bütün biliklərimizi sizin biznesin inkişafına sərf etməyə hazırıq!

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın