Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Masaüstü stendlər (şüşə)

Masaüstü stendlər (şüşə)

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan
    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)
  • Tərtibat və istehsalatda böyük təcrübə
    (kataloqdan seçin və ya məsləhət alın)
  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq
    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)
  • Öz istehsalatımız və maşın parkı (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)
  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!
×
Invalid Input

Invalid Input

Error

Müasir ticarət mərkəzlərinin, kafelərin və digər satış məkanlarının o cümlədən sərgi və yarmarka tədbirlərinin interyerində şüşə konstruksiya məhsullarına rast gəlməyimiz getdikcə artır.  Bu onların ticarət sahəsində olduqca funksional, aktual və adaptasiya oluna biləcəyi ilə izah olunur. Masaüstü stendlər arasında şüşə vitrinlər müxtəlif mallar üçün olduqca cəlbedici görünür, o cümlədən: yeyinti məhsulları (konfet və şirniyyat), xırda texnika (mobil telefonlar, foto-video avadanlıq), kosmetika, saat, zinət əşyaları və s.

DS şirkətin böyük tenxiki təchizat bazası sayəsində şüşədən hazırlanan masaüstü vitrinlərin istənilən forma və ölçülərdə istehsal olunması mümkündür. Hər bir konstruksiyaya müştəri istəkləri və tələblərindən asılı olaraq lazımi rəf sayı, siyirmə və sadə qapılar, güzgülü arxa divar, işıqlandırma elementləri və digər dizayn dekor həllərin tətbiqi mümkündür. Bu növ masaüstü displeylər mallarınızı müasir, samballı və sərfəli görünməsini təmin edir.

Ticarət sahələrinin interyer və ölçülərini, mallarınızın xüsusiyyətini və sizin şəxsi istəklərinizi nəzərə alaraq, unikal mühəndis və dizayner layihəsindən başlayaraq tam hazır məsulun quraşdırılmasına qədər istehsalat prossesində tam kompleks xidmət paketi təklif edirik.

Bizim şirkətin masaüstü şüşə stendlərinin üstünlükləri:

  • Tələblərə uyğun özəl dizayn tərtibatı;
  • Mallarınızın sərfəli və cəlbedici vizual görünüşü;
  • Mallarınızın ölçüləri və görünüşünə uyğun stend;
  • Keyfiyyətli məhsul;
  • Müasir avadanlıqların vasitəsilə quraşdırılma;
  • Rütubət, işıq və hərarət oynamağına qarşı dözümlülük;
  • Asan mal düzmə imkanları;
  • Dəqiq istehsalat müddəti;

Şüşədən hazırlanan masaüstü displeylər hər bir sahəyə və ya məhsula daha müasir və cəlbedici görünüş bəxş edərək alıcılarda şəffaflıq və paklıq təsəvvürünü yaradır.

İstehsal etdiyimiz masaüstü vitrinlər yük götürmə qabiliyyəti əvvəlcədən düşünülmüş möhkəm, keyfiyyətli və estetik bir məhsuldur. Bu səbəbdən onların tətbiq sahəsi  çox genişdir.

Biz öz müştərilərimizə masaüstü şüşə konstruksiyaların zövqlərinə uyğun istehsalını təklif edirik.
Sizinlə əməkdaşlığımıza şad olarıq!

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın