D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 12 514 87 06 (+994) 70 514 87 06

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Yerüstü stendlər (metal)

Nümunələr

Stend, vitrin, piştaxta, dolab, stoyka və s. kimi fərqli adlarda işlədilən avadanlıq müxtəlif növ malların və poliqrafiya məhsulların təqdimatı üçün istifadə olunur. Metal karkas, reklam konstruksiyanın davamlı, etibarlı və xarici görünüşdə cəlbedici olmasını təmin edir.

DS şirkətinə siz müxtəlif quruluş və təyinata uyğun olan metal yerüstü stendlər sifariş verə bilərsiniz. Bizim əməkdaşlarımız, sizin tələblərinizi və istəklərinizi nəzərə alaraq yerləşdiyi sahəyə uyğun gələn fərqli dizaynda ticarət avadanlıqlarının seçimində köməklik göstərməyə hazırdırlar.

Yerüstü metal stendlərin istifadə sahəsi genişdir o cümlədən: malların birbaşa satışı, reklam aksiyalar zamanı, sərgi və konfrans tədbirlərində, promo təqdimat kompaniyaları və digər təqdimat, satış və müştəri kütləsinə məlumat çatdırıla biləcək yerlərdə.

Seçilmiş istiqamətdən asılı olaraq yerüstü stendlərin quruluşu və görünüşü dəyişilə bilər. Misal üçün: “İsti satış” üçün istifadə olunan stendlər adətən dayaq, səbət, qarmaq və rəflərdən ibarət olur. Təqdimat üçün stendlər isə əsasən 1 və 2 mərtəbəli olaraq potensial müştəriyə məhsulları tam göstərə biləcək xüsusiyyətə malikdir. Sərgi stendləri ümumi ansambl və konsepsiyaya uyğun gəlməli, həm təqdimat stendləri, həm satış vitrini kimi olması mütləqdir.

Yerüstü metal stendlərin əsas hədəfləri:

  • Geniş auditoriyanın cəlb olunması;
  • Potensial müştərilərə məhsul haqqında məlumat verilməsi;
  • Ticarət markasının və brendin tanıdılması;
  • Yeni məhsulların təqdimatı;
  • Mal dövriyyəsinin artırılması;
  • Şirkət haqqında müsbət təsvir yaradılması;

İstehsal etdiyimiz metal stendlərin növləri:

  • Dördkünc stendlər. Onların üzərində istənilən məhsulların o cümlədən: qida, inşaat, məişət, kimya, kargüzarlıq, poliqrafiya və digər malların yerləşdirilməsi mümkündür.
  • Dairəvi (yumru). Reklam və ticarət məhsullarına hər bir tərəfdən keçid yaradan ticarət məkanında adətən ortalıqda qoyulan rahat və əlverişli stendlərdir.
  • Qarmaqlı stendlər. Asılqana ehtiyac olan malların təqdimatı və satışı üçün optimal variant kimi sayıla biləcək reklam konstruksiyasıdır.
  • Rəf və səbətli stendlər. Yerləşdiriləcək mallardan asılı olaraq rəf və ya səbət sistemi tətbiq olunur. Bu növ stendlər mal tutumu və ticarət məkanlarında asan yerləşdirilməsi ilə fərqlənir.

DS şirkətinin mütəxəsisləri hər sifarişə özəl yanaşaraq metal stendlərinizə uyğun ölçüləri, görünüşü, əlavə dekor işləri, işıqlandırma, yerləşdiriləcək malları və ən əsas ayrılmış büdcə kimi bütün detalları nəzərə alır.

Bizim metal stendlərin üstünlükləri:

  • Mobillik (rahat daşınma və yer dəyişmə etmək imkanı)
  • Müxtəlif dizayn və görünüş həlləri (yeni müştərilərin cəlb olunma təminatı)
  • Etibarlılıq. (digər materiallara nisbətdə xarici və mexaniki zədələnməyə daha davamlı və uzunömürlü)
  • Asan quraşdırılma (stendlərin montajı digər stendlərlə nisbətdə daha az vaxt aparması)

Bizim ustalar və mühəndis komandası DS şirkətinin öz istehsalat gücünə arxalanaraq Sizə istənilən quruluşda və mürəkkəblikdə olan metal stendlərin istehsalını, yüksək keyfiyyət və qısa müddət ərzində təhvil verməyə hazırdır.

Əməkdaşlığımıza şad olarıq!

(+994) 12 514 87 06
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın