<link href="https://cdnjs.cloudflare.com/ajax/libs/fancybox/3.5.7/jquery.fancybox.min.css" rel="stylesheet"/>

Select your language

×
Invalid Input

Invalid Input

Error

D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

+994 77 514 87 06 +994 77 514 87 06

Yerüstü stendlər (şüşə)

Yerüstü stendlər (şüşə)

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan
    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)
  • Tərtibat və istehsalatda böyük təcrübə
    (kataloqdan seçin və ya məsləhət alın)
  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq
    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)
  • Öz istehsalatımız və maşın parkı (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)
  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!
×
Invalid Input

Invalid Input

Error

Nümunələr

Şəffaf yerüstü şüşə stendləri ağ, buzlu (qumlu), rəngli, bişmiş (temper), tam şəffaf və bəzən hallarda tripleks kimi xammaldan hazırlanır.

Maraqlı və cazibəli xarici görünüşü sayəsində yerləşdiyi ticarət sahəsinin vizual olaraq samballılıq və müasirlik təsəvvürü qat-qat artır.

Yerüstü şüşə stendlərin üstünlükləri:

  • Müasir və prestij xarici görünüşü;
  • İstifadə olunan temper və akrildan alınan davamlılıq;
  • Ekoloji təmiz məhsul;
  • Rütubət və işıq təsirlərinə qarşı davamlılıq;
  • Hava hərarətindən asılı olmamaq;

Yerüstü şüşə vitrinlərə müxtəlif növ dekor və dizayn həlləri əlavə edilərək istənilən forma və ölçülərdə istehsalı mümkündür. Məhz bu səbəblərdən şüşə stendlərin tətbiqi müxtəlif sahələri əhatə edir.

Dekorasiya və dizayn elementləri olaraq üzərində şirkət loqosunun UV çapı və cızım, məhsul haqqında ətraflı məlumat daşıyan stikerlər, broşur üçün ciblik və s. istifadə olunur. Şüşə yerüstü stendlərin arxa divarında güzgü istifadəsi həmin vitrinləri həmişə dolu göstərməsi üçün optimal bir həlldir.

Yerüstü şüşə vitrinləri ticarət nöqtələrində əsasən şirniyyat, çərəz, konfet satışı zamanı istifadə olunaraq öz cazibəliyi sayəsində əlavə müştəri kütləsini cəlbetmə xüsusiyyətinə malikdir. Əlavə olaraq bu növ şüşə konstruksiyalar siyirmə, kupe və sadə qapılar ilə təchiz edərək satışa çıxardılan məhsulların oğurluqdan qorunması üçün əla vasitədir.

Şəffaf stendlər artıq çoxdandır ki, klassik üslub sayıldığına görə, yerləşdiriləcək hər bir ticarət məkanının ümumi görünüşünə və interyerinə ancaq müsbət təsir göstərərək, hətta balaca zallarda sahənin vizual genişlənməsinə səbəb ola bilir.

Şüşə stendlərin qulluğu digər stendlərlə nisbətdə daha asan və sadədir.

Cızıqlar və sürtünmələrə qarşı davamlığı və eyni zamanda şüşə təmizləyən vasitələrlə təmizlənərək yenidən ilkin görkəmdə olmasını təmin edir.

DS şirkətində siz istənilən ölçüdə və quruluşda olan şüşə stendləri sifariş verərək öz ticarət sahələrinizi maksimal effektli istifadə edə biləcəksiniz.

Bizdə istehsal olunan yerüstü şüşə stendlər bu yük götürəcək qabiliyyəti əvvəlcədən hesablanmış, keyfiyyətli, etibarlı və ekoloji təmiz bir reklam stend növüdür.

Biz sizin rahatlığınız üçün çalışırıq! Sizin istəklərinizi həqiqətə çevirməyə qadirik!

Nəşr olunub: | Yeniləndi:

Tez-tez verilən suallar

Sifarişin hazırlanması nə qədər vaxt aparır?

Standart hazırlanma müddəti mürəkkəblikdən asılı olaraq 3 iş günündən başlayır. Təcili sifarişləri 1-2 günə yerinə yetiririk (imkanı menecerinizlə dəqiqləşdirin).

Hansı ödəniş üsulları mövcuddur?

Sifarişi nağd şəkildə (çatdırılmada), bank kartı ilə (Visa, MasterCard), hesaba köçürmə ilə və ya elektron pulqabılar vasitəsilə ödəyə bilərsiniz. Hüquqi şəxslər üçün tam sənəd paketi təqdim edirik (imkanı menecerinizlə dəqiqləşdirin).

Hüquqi şəxslərlə işləyirsiniz?

Bəli, biz hüquqi şəxslərlə müqavilə bağlayırıq.

Bölgələrə çatdırılma varmı?

Bəli, biz sifarişləri bütün Azərbaycan üzrə çatdırırıq. Bakıda çatdırılma kuryer vasitəsilə 1-2 gün ərzində həyata keçirilir. Bölgələrə nəqliyyat şirkətləri ilə göndəririk. Qiymət çəki və ölçülərdən asılıdır. Azərbaycandan kənara çatdırılma ayrıca müzakirə olunur.

Məhsul nümunələrini görmək olarmı?

Əlbəttə! Materialların və hazır məhsulların nümunələrini görmək üçün Bakıdakı ofisimizi / şou-roomumuzu ziyarət edə bilərsiniz. Həmçinin sorğu əsasında nümunələrin foto və videolarını göndəririk.

İlkin dizayn layihəsi hazırlayırsınızmı?

Bəli, dizaynerlərimiz məhsul sifarişi zamanı maket hazırlayırlar. Yalnız istehsalsız dizayn lazımdırsa, qiymət ayrıca müzakirə olunur.

Minimum sifariş nə qədərdir?

Minimum sifariş məbləği 50 manatdır. Daimi müştərilər və topdan sifarişlər üçün xüsusi şərtlər tətbiq olunur.

Sifarişimi necə izləyə bilərəm?

Sifariş göndərildikdən sonra e-poçtunuza izləmə kodu (track nömrəsi) olan məktub alacaqsınız.

 
(+994) 77 514 87 06
Bizə zəng edin
 
sales@display.az
Bizə yazın
Ofisimizə gəlin
Pulsuz məsləhət alın