D&S təqdimatında loqolu polietilen, kağız paketləri və PVD
D&S şirkəti polietilen, kağız və PVD paketlərin müştərinin loqosu, əlaqə məlumatı, eləcə də çap poliqrafiyasının digər növləri ilə istehsalını həyata keçirir. Komandamız qablaşdırma və paketlərin üzərində reklamın çap edilməsində böyük təcrübəyə malikdir, təchizatın innovativliyi isə paketlərin çapını topdan, sürətli və keyfiyyətli şəkildə həyata keçirməyə imkan verir.
Polietilen paketlərin loqo ilə hazırlanması
Şirkətin loqotipi olan polietilen paketlərdən istifadə—məhsulun keyfiyyətli reklamını etməyə imkan verən əlverişli və yadda qalan üsuldur.
Polietilen paketlərin istehsalı: növləri
D&S şirkəti müxtəlif ölçü və növlərdə polietilen paketlərini istehsal edir. Bizdə hər bir müştəri bu cür məhsulu sifariş edə bilər:
- düzbucaqlı formaya malik olan qablaşdırma paketləri.
- Loqolu və loqosuz “mayka” paketləri
- İlgəyi yapışdırılmış paketlər
- Kəsilməli tutacaqları ilə olan paketlər
Polietilen paketdə əks olunan loqotip və ya digər rəsm fleksoqrafiyadan istifadə etməklə çəkilə bilər ki, bu da paketlərdə tam rəngli çapı həyata keçirməyə imkan verir. Son məhsulun rəngini sifarişçi özü seçir. Biz firma loqotipləri olan məhsullara istənilən mürəkkəblikdə olan təsviri yerləşdiririk.
Müəssisənin loqosu ilə hazırlanmış polietilen paketinin hazırlanması və istehsalı müştəri bazasının xidmət səviyyəsini və brendin tanınmasını artırmağa kömək edəcək. Brendin bazarda populyarlaşması məhsula və ya xidmətə qarşı tələbatın yaranmasına gətirib çıxarır.
Polietilen paketlər öz praktikliyi sayəsində yalnız istifadəçi üçün reklam materialı kimi çıxış etmir, həm də məişətdə tətbiq edilir. Loqosu olan polietilen paketlərin keyfiyyətli hazırlanması tələb olunan auditoriyanın diqqətini cəlb etməyə kömək edəcək.
Loqolu “mayka” paketləri effektiv və məşhur reklam taktikasıdır. Ondan istifadə edərkən müxtəlif məhsulların yayılması həyata keçirilir. Gözəl firma paketində isə müştəriyə hansısa hədiyyəni təqdim edə bilərsiniz.
Loqolu kağız paketlərinin çapı
Loqolu kağız paketlər reklam aksiyasının, sərginin və digər tədbirlərin keçirilməsi zamanı tətbiq edilir. Loqosu olan kağız paketlərdən istifadə yalnız şirkət haqqında deyil, həm də tədbirin özü haqqında xoş təəssürat yaratmağa kömək edəcək. Bu, metod sifarişçinin cibində “siçanları oynatmayacaq”, çünki kağız paketlər üzərində tətbiq olunan loqonun çapı ucuz başa gələcək.
D&S şirkətinin təqdimatında loqolu kağız paketinin növləri
D&S şirkıtində hər bir müştəri kağız paketlərin üzərində loqo və ya digər zəruri məlumatları münasib qiymətə çapını sifariş edə bilər.
Kağız paketlərinin istehsalını bu cür həyata keçiririk:
- Laminasiya ilə. Məhsullar parlaq laminasiyaya malikdir və qablaşdırma materiallarının ən elit növlərindən biri sayılır. Laminasiya edilmiş paket orijinallığı və parlaqlığı ilə fərqlənir, bundan əlavə, parlaq səth keyfiyyəti, həmçinin uzun müddətli istismar müddətini təmin edir.
- Alt ilə. Tutacaqsız kağız paketinin istifadəsi məhsul qablaşdırılmasının geniş tələb olunan üsuludur. Kağız paketlərin istehsalı üçün lazım olan xammalı — ikincili sıx sellüloz kraftıdır. Kağız kraft paketlərinin istehsalı zamanı dibinə sıx düzbucaqlı forma qoyulur, hansı ki, paketin formasını itirməyə imkan vermir.
- Saşe. Bu kağız loqo paketləri müxtəlif xüsusiyyətlərə malik ola bilərlər: en, hündürlük və dərinlik. Ağ qida kağızı— D&S şirkətinin istehsal etdiyi kağız paketlərinin əsasıdır.
- Qulplular. Məhsulun bu növü yüksək möhkəmlik səviyyəsinə malik olan burulmuş qulplara malikdir.
Hansı bizneslə məşğul olmağınızdan aslı olmayaraq: pərakəndə satış, tibbi preparatların satışı, ictimai iaşə xidməti, — loqolu kağız paketi sifariş üçün əm sərfəli qablaşdırmadır. Ucuz və ekoloji cəhətdən təmiz kağız paketi müxtəlif növ məhsulların qablaşdırılması üçün universal bir həlldir.
Bizim mütəxəssislər müştərilərin bütün arzularını nəzərə alır və sifarişçi müəssisənin işində kömək edəcək məhsul yaradır.
İşlərin qiyməti
Polietilen, kağız və PVD paketlərinin üzərində loqotipin çap edilməsinin qiyməti aşağıdaki faktorlardan aslıdır:
- Paket hansı ölçüdə olacaq?
- Paketlərin tirajı hansıdır?
- Məhsulun qalınlığı nə qədər olmalıdır?
- məhsulun çapında neçə rəngdən istifadə olhnacaq?
- Paketin neçə tərəfinə loqo çap edilməlidir?
Sifarişçinin bu suallara cavab verəndən sonra şirkətimizin menecerləri sifarişin dəqiq qiymətini açıqlaya biləcəklər.
Çap xüsusiyyətləri
Biz polietilen, kağız və ya PVD paketlərinə loqotip çap edildikdə rəngli həll variantlarını və müxtəlif ölçülərə malik elementlərini əks etdirə bilirik. Mütəxəssislərimizin işdə istifadə etdikləri ən yeni avadanlıq və müasir metodikalar sayəsində Loqotipli paketlərin keyfiyyətli çapına nail olmaq mümkündür.
İşin nəticəsinin sifarişçinin istəklərinə uyğun olması bizim şirkətin əsas qaydalarından biridir. Hər bir müştəri şirkətini təmsil edən dizayn, loqo və ya şəkilləri təqdim edə bilər. Əgər polietilen paketlərin üzərində əks olunacaq şəkilin seçimi ilə bağlı çətinlikləriniz varsa, onda bizim mütəxəssislər sizə qərar verməyə kömək edəcəklər. Loqotipin hazırlanması sifarişçinin bütün istəklərini nəzərə alaraq həyata keçirilir. Hazır maketin təstiqlənməsindən sonra müştəri şirkətinin firma üslubunu əks etdirən kağız və ya polietilen paketlərin hazırlanması mərhələsi başlanır.
Loqotipin çap edilməsi prosesində ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli materiallardan istifadə olunur. Loqotiplə istənilən ölçüdə paketlərin hazırlanması peşəkarlar tərəfindən yerinə yetirilir. olan D&S şirkətindən kraft və PVD paketlərini sifariş edərək ən yaxşı məhsulları almış olacaqsınız!