Qutu (qablaşdırma məhsullar) istehsalı- bu tək bağlama materialı deyil, həm də müəyyən məqamda sizin məhsul və mallarınızı zədələməkdən qoruya biləcək özünəməxsus qoruyucu bir vasitədir. Düzgün hazırlanmış qablaşdırma, məhsul satışını artıraraq logistika xərclərini azaltmağa qadirdir. Azərbaycanda DS şirkəti kompleks şəkildə hər növ qablaşdırma məhsulların istehsalı və satışı ilə məşğuldur. Bizim mütəxəssislər tərəfindən tələbə uyğun dizayn və nümunə hazırlanır. Test və nümunə qabların olması, yekun məhsulun görünüşü , keyfiyyəti və vacibliyi barəsində təəssürat yaratmaqda köməkçi olur. Ekoloji təhlükəsizlik, unikal görünüş və rahat daşınma sayəsində satışların qaldırılması və sifarişçinin məmnun qalması bizim səriştəli mütəxəssislərin əsas istəyidir.
Qablaşdırma materialları
DS şirkəti Azərbaycanda müxtəlif növ qablaşdırma məhsulların istehsalını və satışını həyata keçirir. O cümlədən:
- Standart
- Üzərində loqotiplə;
- Karton
- Kraft tipli
- Kağız (təbaşir)
İstehsalat zamanı hər bir qutu üzərinə emblem, etiket, trafaret çap, UV çap, loqotip və digər brend yönəmli elementlər vurula bilər.
Qutuların qiymət bölümü bir neçə amillərdən asılıdır:
- Ölçü
- Ümumi sifariş sayı
- Seçilən material və üzərində olacaq loqotip növündən
Seçilmiş materiallardan asılı olaraq qutu üzərinə vurulacaq UV, lazer cızım, ofset çapı və s. təklif olunur.
Biz daim son innovasiyalara diqqət edərək, bəzi yarımfabrikat məhsulları xarici ölkələrdən idxal edirik. Bu istiqamət bizə pambıq, snapbond, brezentdən olan eko paketləri istehsal etməyə şərait yaradır. Eko paketlərin üzərinə vurulan loqotiplər rəqəmsal çap vasitəsilə həyata keçirilir.
Qablaşdırma məhsulların istehsalı
Biz istifadə etdiyimiz materiallardan hazırlanan qutu məhsulları yüksək keyfiyyəti ilə fərqlənərək qısa müddətdə tam şəkildə sifarişçiyə təhvil veririk.
Xərclərin azaldılması niyyəti ilə biz hazır olan bıçaqlardan istifadə etməyi təklif edirik.
Məsələn: Yeni il hədiyyə qutuları
Qablaşdırma qutuları mikroqofra, karton, bristol və s. kimi materiallardan hazırlanır.
Unikal görünüş və fiqurda olan qablaşdırma növü qutuların istehal qiyməti sərf olunan dizayner vaxtından, klişe növündən və istifadə olunan bıçaq mürəkkəbliyindən aslılıdır.
Biz müxtəlif növ qruplara aid qablaşdırma qutuları təklif edirik, o cümlədən, yataq dəsti üçün, ayyaqqabı, kosmetika, hədiyyələr, paltar,konfet və s.
Bizdə, siz özəl dikt, mdf və taxtadan hazırlanan qutuların da sifarişini verə bilərsiniz.
Bu növ qutular şirniyyat məhsulları, çay, alkoqol içkilər və siqarlar üçün premium fərqləndirmə deməkdir. Bu materiallar ekoloji təmiz olması ilə fərqlənir, üzərində UV çap və lazer cızım ilə brend və loqo həkk olunması mümkündür.
Yüksək keyfiyyətli qutuların sifarişi üçün, siz DS şirkətin Azərbaycan, Bakı şəhərində yerləşən ofisimizə və ya rəsmi nümayəndələrimiz ilə digər əlaqə vasitələri ilə müraciət edə bilərsiniz.
Biz qutuların vacıbliyini anlayaraq hər bir sifarişçiyə özəl yanaşma edirik.