D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Лазерная резка металлических труб

Lazer kəsim (metal)

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Lazer kəsmə

Akril, metal və ya kontrplak, — lazer kəsmə üsulu istənilən materialın mükəmməl şəkildə kəsilməsini həyata keçirir, eyni zamanda enerji sərfinin həcmini və istehsalat tullantılarının miqdarını azaldır.

Çoxları bu işin əllə aparılmasından imtina edərək, lazer avadanlığının dəqiqliyini aşkar ediblər. Lazer vasitəsilə kəsmə prosesi eyni vaxtda verildiyi qaz ilə lazerin kəsilmə yerinə istiqamətləndirilmiş təsiri altında materialın yandırılması və buxarlanmasını nəzərdə tutur.

Lazer kəsmə üsulunun təsviri

Lazer kəsmə texnologiyası demək olar ki, tam qüsursuzluğu ilə fərqlənir. Məhz buna görə həmin kəsmə metoduna tələbat çoxdur və geniş istifadə olunur. Bu üsul qüsursuz kəsim, təmiz kənarlar, zərif rəsm və həqiqətən hamar xətləri təmin edir. Lazer kəsmə təxnologiyasının xüsusiyyəti ondan ibarətdir ki,  bir kəsmə xətti əlavə emalı tələb etmir. Lazer şüaları maksimum fokuslaşdırılmış şəkildə istifadə olunur və hər-hansı istehsalat tullantılarının yaradılmasınl istisna edir.

Bundan əlavə, lazer kəsmə avadanlığı istehsal üçün istifadə olunan metal məhsullarının bütün növləri ilə işləməyə imkan verir: paslanan və paslanmayan polad, bürünc və mis, şüşə, alüminium məhsulları, metal polimerlər, kompozitlər və digər materiallar. Metal plastlarından əlavə olaraq, lazer, fiziki xüsusiyyətlərinə görə metalla tamamilə fərqlənən digər materiallarla - akril, kontrplak və PVC-ni mükəmməl şəkildə kəsə bilir.

Lazer kəsmə maşını elə prinsiplə işləyir ki, məhsulun hansı üsulla hazırlanmasının deyil, istehsalında hansı materialın istifadə edilməsinin əhəmiyyəti var. Yəni, işin keyfiyyətinə borunun görünüşü, kəsim növü, katkanın qalınlığı və ya temperaturu təsir göstərmir. PVS, PET, akril və ya kontrplakın sıxlığı da vacib deyil. Kəsilməli məhsulun materialının istilik-fiziki xüsusiyyətləri lazerin işinə heç cür təsir etmir, — kəsilmə yerinə yönəldilmiş enerjinin yüksək konsentrasiyası eyni güclə və dəqiqliklə nazik kəsiyi də həyata keçirəcək. Maraqlıdır ki, bu üsulla hətta okalinanın yerində kiçik iz belə qalmır. Məhsulun üzərində emal prosesində mexaniki təsir nəzərdə tutulmayıb ki, bu da materialın deformasiyasının minimal ehtimalını belə istisna edir. Lazer kəsmə prosesi az vaxt tələb edir, bu məqam onu digər kəsmə üsullar arasında ən məhsuldar olduğunu göstərir, proses sürətləndirilmiş rejimində baş verir.

Display & Stand tərəfindən istifadə olunan müasir dəzgahlar boruların lazer ilə kəsilməsi prosesi tez və dəqiq şəkildə keçirilir, maşının işləmə sürəti saatda 600 metrə çatır. Məhsulun divarları nazik olduqda iş daha sürətli gedir. İcra edilə bilən yanma 10 mm-ə qədər dərinliyə malikdir. Bu cür dəzgahlar 2500x1500 ölçülü masa səthinə malikdir. Bu cür boru müəssisələrin analoji işlərini müqayisə etsək, əksəriyyəti uzunluğu 8 metrdən artıq olmayan və dərinliyi 8 mm-dən çox olmayan məhsullarla işləyir. Dəzgahda verilən boru da bəzi məhdudiyyətlərə malik ola bilər: hər 100 sm-ə 20 kq-dan artıq yek düşməməlidir. Boruların lazer kəsilməsinin dəyərini nəzərdən keçirsək və təhlil etsək, demək olar ki, incə divarı olan boruları məhz lazer üsulu ilə kəsmək daha yaxşı və daha effektivdir. Qalın divarlı məhsulların kəsilməsi isə emal plazma üsulu ilə həyata keçirilə bilər.

Kontrplak, akril və taxta-dan hazırlanmış məhsulları kəsərkən də heç bir kəsmə iz qalmır, kəsilmiş kənarların emal üçün ehtiyacı yoxdur, müəyyən olunmuş rəsm dəqiq şəkildə çəkilir və proses çox az zaman ərzində bitir. Kəsiklər güzgülərin sistemindən keçərək linzaya daxil olan fokuslanmış şüanın istiqamətlənmiş hərəkətiylə edilir. Oradan məhsulun sahəsinə istiqamətlənmiş şüa materialı lazımi istiqamətdə yandırır. Bu proses materialların hamar kəsilməsini təmin edir.

Rusiya və xarici biznesin istehsal bazarında avtomatlaşdırılmış dəzgahların bir çox modelləri mövcuddur. Lazer emalı xidməti ilə Azərbaycanın və Bakının bir çox müəssisələri məşğul olur. Yüksək texnologiyalı avadanlıqların kifayət qədər yüksək qiymətinə baxmayaraq, Display&Stand lazer qurğuları və yüksək keyfiyyətli məhsulların emalı üçün nəzərdə tutulmuş texnoloji sisteməmalikdir. Bu xidməti bizdə ən münasib qiymətə sifariş edə bilərsiniz! Sizin üçün metal, dikt, akril, PET, PVC və digər məmulatlarının lazer ilə kəsilməsini edə bilərik. Display&Stand-i seçərək yalnız mükəmməl yerinə yetirilmiş işi deyil, həm də bizim daimi müştərimiz olmaq imkanını əldə edəcəksiniz. Hər bir müştərmizi dəyərləndiririk!

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın