D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Həcmli işıqlı qutu

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

İşıqlı qutu

Marketinqdə “lightbox” texnologiyası daxil olmaqla, reklamların hər növündən istifadə olunur. Küçə reklamı üçün “işıqlı qutuların” hazırlanması son illər populyarlaşıb və hazırda müxtəlif üsullarla həyata keçirilir. Bunun üçün  müxtəlif işıqlandırma qurğularından istifadə olunur - bunlar işıqlı qutulardır.

 İşıq elementlərinin bu tipi düzgün seçilərsə, “işıqlı qutu” yalnız xarici reklam deyil, potensial alıcıların diqqətini xidmət və təqdim olunan mala cəlb edə biləcək ciddi arqument olacaq. Bu seçimi etməkdə məhz Display&Stand şirkəti sizə yardım edəcək.

“Küçə işıqlı qutusu” (lightbox), içi boş olan monolit konstruksiya şəklində təqdim edilmişdir ki, bu da onu bir və ya bir neçə işıq paneli ilə təchiz etməyə imkan verir. Reklam şəkli, mətn və ya yazı qutunun xarici tərəfində, işıq isə konstruksiyanın daxili hissəsində yerləşdirilir.

Görünüşcə belə bir “lightbox” içəridən işıqlandırılan qutuya bənzəyir.  Bu reklamın xarici görünüşünü zövgə görə dəyişdirmək olar— rəngin, ölçünün, formanın seçim xidməti Display&Stand şirkəti tərəfindən təqdim olunur.

Şirkətin hazır konstruksiyaların mümkün təklifləri və xidmətlərin siyahısını ehtiva edən böyük kataloqu var, həmçinin müəyyən parametrlərə görə “Lightbox” seçimləri var.

Reklam bazarında bu cür işıqlandırma məhsullarının bir neçə növündən fəal şəkildə istifadə olunur, onlar daha çox iki kateqoriyada təklif olunur:

  • Yalnız bir tərəfdən işıqlandırılan birtərəfi qutular. Belə olan halda bütün elektrik avadanlığı qutunun arxa divarında quraşdırılır və bu cür “lightbox” əsasən binaların fasad hissələrində tətbiq edilir;
  • İki tərəfdən işıqlandırılan ikitərəfli qutular. “Lightbox”un daxili hissəsinə elektrik avadanlığı yerləşdirilir və əlavə elementlər - reyklərlə bərkidilir. Bu cür media qurğuları küçənin mərkəzi hissələrində, səkilərdə, nəqliyyatın hərəkət etdiyi hissələrdə yerləşdirilir. Yəni, bu variant əlavə reklam qurğusu kimi görünür. Onu binanın damında yerləşdirmək, fasada daşımaq olar. İşıqlı qutunu quraşdırmaq üçün mütəxəssislər xüsusi bərkidici elementlərdən və konstruksiyalardan istifadə edirlər.

Sifariş variasiyaları çoxdur. Onların arasında döşəmə və asma tipli işıqlı panelləri də qeyd etmək olar. Bu cür “lightbox” naviqasiya xüsusiyyətlərinə malikdir - parkinq meydançalarında, vağzallarda, pavilyonlarda və ticarət mərkəzlərində rast gəlinən işarələrdir.

Qalınlığı 25 mm-dən çox olmayan ultra incə interyer “lightbox”unu sifariş etmək mümkündür. Belə işıqlı qutu ofisin və ya Sərgi Mərkəzinin vitrini şəklində öz əksini tapır. Ultra incə işıqlı panelin quraşdırılması və düzəldilməsi üçün alüminium örtüklərdən istifadə olunur. Paneli ayıraraq reklam mətnini dəyişmək də olar — bu proses cəmi bir neçə dəqiqə vaxt aparır.

İşıqlı qutuların qeyri-standart variantları da mövcuddur. Burada qurğunun forması əvvəlcədən sifarişə görə hazırlanır, nümunə olaraq dəyirmi işıqlı qutunu gətirmək olar. Qeyri-standart məhsul istənilən formada ola bilər, hazırda bu cür reklam növünə tələbat artmaqda davam edir. Konstruksiya vakuum formalaşdırma üsulu ilə hazırlanır ki, bu da həmin növ istehsalat üçün maksimal texnoloji hesab edilir. Vakuum-formalaşdırma maşını qutunun hər iki hissəsini - ön və arxanı istehsal edir, vizual qavrayış üçün dizayn monolit olaraq qalır: nə boşluqlar, nə də çatlar görünmür.

Düzgün seçim edin.

Azərbaycanda bu tip malların variasiyaları çoxdur və lazımi konstruksiya növünü seçmək çətindir. Display&Stand şirkətinin işıq qutularını sifariş edə bilərsiniz! Display&Stand məhsulları Bakı və ölkə ərazisində məşhurdur. “Lightbox” işıqlı qutunu dəqiq seçmək və bu cür reklam tələblərinə cavab vermək üçün sifariş verərkən bəzi meyarlara əsaslanmaq lazımdır:

  • işıqlı panelin hansı məqsədlə quraşdırıldığını müəyyən etmək — bu, yeni tərəfdaşların axtarışı, müştərilərin cəlb edilməsi, tanınmış ticarət markasının müştəri bazasının artırılması və s. ola bilər;
  • ışıqlı qutunun yerləşəcəyi ərazini müəyyən etmək;
  • gələcəkdə qutunun dəyişdirilməsinə ehtiyac varmı?;
  • reklam istehsalına sərf etməyə hazır olduğunuz vasait.

Bütün bu sualları sifarişinizi qəbul edəcək Display&Stand-in nümayəndəsindən eşidəcəksiniz. Yuxarıda qeyd olunan suallar məhsulun tez seçilməsi üçün lazım olan əsas şərtlərdən bir neçəsidir. Bu şərtlər seçdiyiniz reklamın tələblərinizin maksimum dərəcədə yerinə yetirilməsi üçündür. Digər əhəmiyyətli amil qutunun materialıdır. Reklam lövhəsinin istismarı müddəti məhz materialından aslıdır.

İşıqlı qutunun sahib olduğu bir çox xüsusiyyəti qeyd etmək lazımdır. Bu, yalnız ictimaiyyətin diqqətini cəlb etmək üçün parlaq bir həll deyil, həm də reklamın effektiv üsuludur. İstehsal üçün istifadə olunan konstruksiya və materialların xüsusiyyətləri bu gün istənilən biznes üçün əlçatandır. Display & Stand-da siz istənilən ölçü və formada işıqlı lövhələri sifariş verə bilərsiniz. Biz həmişə sifariş etmək arzusunda olan və əbədi olaraq daimi müştərilərə çevrilən sifarişçilərimizin siyahısını məmnuniyyətlə doldururuq.

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın