D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Foto divar kağız çapı

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Nümunələr

Foto divar kağızlarının çapı, satışı və quraşdırılması

DS şirkəti olaraq bizdən sifariş edəcəyiniz foto divar kağızları (foto oboylar) vasitəsilə özünüzəməxsus tərzi yaradacağınızı vəd edirik. İstehsal etdiyimiz foto divar kağızları standart olaraq buraxılan və demək olar ki, hər sovet evində olan foto divar kağızları deyil. Hazırda divar kağızının bu növü daha keyfiyyətli olub, eyni zamanda daha real şəkilləri ilə fərqlənir. Foto divar kağızları təkcə yaşayış sahəsinin deyil, həm də ofis sahəsinin interyerinin əla dekorasiyasıdır, onun sayəsində müəyyən aksentləri yerləşdirmək, vizual effektləri yaratmaq və fərdiliyi vurğulamaq mümkündür.

Foto divar kağızları üçün hansı otaqlar uyğundur?

  • Övladlarınızın yataq otağı.

Uşaqlar üçün nəzərdə tutulmuş divar kağızları məqbul qiymətə yalnız bizdən əldə edə bilərsiniz. Ekolojı cəhətdən təmiz məhsulumuz uşaq sağlamlığı üçün tamamən təhlükəsizdir.

  • Yataq otağı. Sifariş etmədən saytımızda yataq otağı üçün nəzərdə tutulmuş 3D foto divar kağızlarının çeşidləri ilə tanış ola bilərsiniz. Bəzi divar kağızları sizi sakitləşdirə, otağınıza isə zəriflik qata bilər, bəziləri isə istək və ehtiras hisslərini oyadır, istirahət etməyə çağırış edir.
  • Qonaq otağı. Hazırlanmış foto divar kağızı qonaq otağınızı tamam başqa çalarda göstərə bilər. Təqdim etdiyimiz divar kağızları elit, istənilən modeldə və tamamilə fərqli müxtəlif üslublarda hazırlanıb.
  • Mətbəx. Mətbəx üçün nəzərdə tutulmuş hər zövgə uyğun divar kağızıları kataloqumuzda birləşib. Məhz mətbəx otağında bütün ailə üzvləri yığılır və söhbət edir.  Bu isə, düzgün seçilmiş divar kağızının ailə üzvlərinin bir-biri ilə harmoniya və duyğuların qarşılıqlı ötürülməsinə yardım edəcəyi anlamına gəlir.
  • Dəhliz. Dəhliz üçün nəzərdə tutulmuş divar kağızlarının çeşidləri kataloqumuzda əks olunub. Əslində, hər bir otağı bu şəkildə bəzəmək asandır. Bu işdə rəng tutumunu, çalarların və üslübların uyğunluğunu nəzərə almaq lazımdır.

Foto divar kağızlarının(fotooboyların) əsası nədən ibarətdir?

Fotooboyların əsas xüsusiyyətlərindən biri onun praktikliyidir. Onlar adi divar kağızırından daha az çirklənirlər və bəziləri hətta yuyula da bilərlər. Əsas bazadan asılı olaraq foto divar kağızları bir neçə növə bölünür:

  • Kağız. Şəklin əks olunduğu kətan onun istifadə şərtlərinə kifayət qədər tələbkardır. Bu baxımdan, kağızdan düzəldilmiş material yaxşı havalandırılan, eləcə də quru olan otaqların divarlarına yapışdırılmalıdır. Bu, divar kağızlarının ən büdcəli növüdür.
  • Vinil divar kağızları. Bu növün yüksək aşınma müqaviməti tətbiq olunan qulluğun sadəliyini təmin edir. Bundan əlavə, divar kağızlarının bu növü ultrabənövşəyi şüanın təsirindən solmur və asanlıqla yuyulur.
  • Tekstil bazası. Divar səthini qoruyur, otağın xarici görünüşünə mütənasiblik verir.
  • Flizelin əsaslı vinil divar kağızları. Divar kağızlarının bu növünü çox möhkəm adlandırmaq olar. Material gözenekli struktura malikdir, nəmə və göbələk kimi digər zərərli mikroorqanizmlərin yaranmasına qarşıdır. Bu divar kağızı uşaq otaqları üçün ideal variantdır.

Foto divar kağızlarının üstünlükləri hansılardır?

Çaplı divar kağızları digərlər divar kağızlarından aşağıdaki xüsusiyyətlərinə görə fərqlənirlər:

  • Məkan interyerinin tərtibatında orijinallıq və fərdilik qatırlar. Parlaqlığı təmin edirlər.
  • Şəkil ölçüləri müxtəlif ola bilər. Maketin hazırlanması ilkin mərhələdə yerinə yetirilir. Sonra onu lazımlı qabaritlərə qədər böyüdürlər və kəsirlər. Bu, fotooboyların interyerə uyğunlaşması üçün edilir.
  • Divar kağızlarının əsasında yalnız keyfiyyətli materiallardan istifadə olunur. Fotoçap üçün tətbiq olunan bütün örtüklər sanitar-gigiyenik təhlükəsizlik sertifikatına malikdir.

Foto divar kağızları üzərində çap

DS şirkəti ilə əməkdaşlıq sayəsində siz bütün ideyalarınızı həyata keçirə biləcəksiniz. Hər bir müştəriyə divar kağızılarının kataloqu və qiymətləri tədqim olunur. Biz həmişə çalışırıq ki, müştərilərimiz maksimum dərəcədə razı qalsınlar. Belə ki, bizə müraciət edən müştərilər istənilən fotoşəkli və yaxud rəsmi təqdim edə bilərlər, biz də bunun əsasında məhz ona uyğun məhsulu yaradacağıq. Başqa bir variant da var —  müştərilər dizayner ilə birlikdə təqdim olunan çoxsaylı eskizlərdən ən uyğun olanını seçə bilərlər. Komandamıza təcrübəli, peşəkar dizaynerlər və çap ustaları daxildir. Beləliklə, hər bir model üçün istehsal prosesinin bütün incəlikləri nəzərə alınacaq ki, bu da sifarişçimizin tələb və istəklərinə maksimum dərəcədə uyğun olacaq.

Müştəri hansı faktorları özü seçə bilər?

  • Foto divar kağızların növü. Çap üçün mövcud səthlərin bütün növləri təqdim olunur. Yapışqan divar kağızını almaq olduqca asandır. Siz həmçinin flizelinli, kağız və digər növlərdə divar kağızını seçə bilərsiniz.
  • Rəsm. Şirkətimiz kətanda tətbiq olunan müxtəlif şəkillər seçimini təklif edir. O cümlədən shuterstok  saytından şəklin alınmasına yardımçı olur.

DS şirkətinə müraciət edən hər kəs özünəməxsus şəkli və yaxud rəsmi təqdim edə bilər.

  • Çap üsulu. Divar kağızı üzərində rəsm yüksək keyfiyyətli ultrabənövşəyi çap sayəsində əldə edilir. Şəkil rəng baxımından dolğun və rəngbərəng olur, səth isə xarici amillərin təsirinə davamlıdır. Bundan əlavə, səth asanlıqla yuyulur, görünüşü və keyfiyyəti dəyişmir.

Niyə D&S?

  • Burada Foto, reklam, çap ilə bağlı bütün xidmətlər göstərilir.
  • Əhəmiyyətli təcrübə.
  • Müştərimizi sevirik və onlarla qürur duyuruq
  • Yüksək keyfiyyətli məhsullar.
  • Qiymətlər geniş əhali üçün əlçatandır.
  • Məhsulu/xidməti əldə etmək sizə uyğun üslub ilə sifariş verə bilərsiniz: sayt/telefon vasitəsilə, şəxsən.
  • Hər zaman sifarişinizi öncədən qeyd olunan vaxtda çatdırırıq.

Əgər hazır divar kağızları almaq, yaxud özünüzə uyğun sifariş etmək istəyirsinizsə, yolunuz mütləq D&S şirkətinə düşməlidir. Dizaynerlərimiz ən gözəl ideyaları və fantaziyaları reallığa çevirə biləcəklər. Şık dizaynda hazırlanmış öz dünyanızı yaratmaq istəyirsinizsə, D&S şirkətinin mütəxəssisləri sizə kömək etməyə hazırdırlar. Bizim qiymətlərimiz rəqib şirkətlərdən xeyli ucuzdur, buna baxmayaraq məhsulun keyfiyyəti bizim üçün həmişə ön plandadır.

Hazır və özünüzə uyğun sifarış əsasında istehsal olunmuş 3D divar kağızlarını DS mağazamızda sifariş edin və həyatınızın ən yaxşı qərarına sahib olun!
Biz sizi gözləyirik!

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın