D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Sinəlik istehsalı (skinali)

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Önlük panel

D&S – 2002-ci ildən keyfiyyətli POS-avadanlıqların istehsalı ilə məşğul olan Azərbaycan şirkətidir. Bu illər ərzində D&S komandasının əsas məqsədi – POS-avadanlıqlar bazarında lider olmaqdır. Eyni zamanda,  müştərilərilər kütləmiz genişləmir, az tanınmış şirkətlərlə, həm də tanınmış brendlərlə əməkdaşlıqlar əldə edirik. Mütəxəssislərimiz daim ixtisaslarını artırır, yeni texnologiyalardan fəal istifadə edirlər ki, bu da istehsalımızın keyfiyyət səviyyəsini saxlamağa imkan verir. Bizim fəaliyyətimiz keyfiyyətli nəticənin əldə edilməsinə yönəlir, nüfuzumuz isə müştərilərin inamı əsasında formalaşır.

Əməkdaşlıq aşağıdakı insalarla həyata keçirilir:

  • Müxtəlif məhsul və xidmət istehsalçıları
  • Distribütor və reklam şirkətləri
  • Mağazalar və supermarketlər şəbəkələri
  • Ticarət sahəsində malların yerləşdirilməsinə köməyə ehtiyacı olan müştərilər.

Əməkdaşlıq çərçivəsində təklif olunan xidmətlərin yerinə yetirilməsi və kateqoriya üzrə malların hazırlanması həyata keçirilir:

  • Metal
  • Şüşə
  • Mebel
  • Reklam
  • Xidmət

Təmir və dizaynın müasir tendensiyaları istifadəçiyə mətbəxin tərtibatı üçün parlaq və dəbli detal təklif edir. Belə dəbli və orijinal detal foto çap köməyi ilə tərtib edilmiş mətbəx paneli, önlük panelidir.

Önlük panel nədir?

Önlük panel masa üstü və mətbəx rəflərinin arasında olan yerdirdir, onu foto çaplı şüşə paneli ilə dekor edirik. Ümumiyyətlə, onun qalınlığı 8-10 millimetrdir, bu qalınlıq foto çaplı qat ilə birlikdə ölçülür.

Öz mətbəxinin bu cür tərtibatına üstünlük verən insanlar önlük panelin aşağıdakı xüsusiyyətlərini qeyd edirlər:

  • Panelin davamlılığı.
  • Önlük panelin gigiyena və ekoloji cəhətdən təmizliyi
  • Çirklənmir və qoxuları saxlamır
  • Asan qulluq — kir və yağı saxlamır
  • Və ən qiymətli xüsusiyyəti – unikallığı və gözəlliyi, hansı ki, sizi hər gün sevindirəcək.

Müasir istehsal texnologiyalarının köməyi ilə müştərinin müxtəlif istəklərini həyata keçirmək imkanına malikik. Foto çap vasitəsilə önlük paneli istenilən şəkillə bəzəmək mümkündür.

Önlük panel və onun xüsusiyyətləri

Önlük panel — müasir dizaynla bəzədilmiş şüşədən hazırlanmış mətbəx önlüyüdür. Mətbəx üçün, əsasən 6 millimetr qalınlığında bərkidilmiş şüşənin istifadəsi çox qiymətlidir. Bu, mətbəxinizi istiliyə davamlı örtüklə təmin etməyə imkan verir.

Onun möhkəmliyinə gəldikdə, əlbəttə ki, belə bir önlüyü qırmaq mümkündür. Bunu etmək üçün böyek səy göstərməlisiniz, amma üstünlüyü hələ də qalacaq. Necə? — Belə önlük paneli qırıldıqda, iti şüşə qırıqları yaranmır,bu da tamamilə təhlükəsizdir.

Şüşədə dekorativ təsvirin tərtib edilməsi üçün ultrabənövşəyi çap texnikası tətbiq edilir. Foto çap istənilən ölçüdə olan səthdə böyük genişləndirilmədə yaxşı detalizasiyanı təmin edir.

Çap panelin daxili tərəfində həyata keçirilir və sonunda arxa tərəfi ağ plyonka ilə örtülür. Belə plyonka dekorun bütövlüyünü təmin edən qoruyucu təbəqədir, panelin quraşdırılması zamanı istifadə olunur. Görünüşün özü, yəni boyası şüşə təbəqəsi ilə qorunur. Önlük panel rütubətdən, istidən və buxardan qorxmur.

Siz əlavə olaraq mətbəxinizi işıqlandıracaq və eyni zamanda çox effektli görünəcək önlük panelinin işıqlandırılmış variantını da nəzərdən keçirə bilərsiniz.

Önlük panelin üstünlükləri

Adi plitələrlə bəzədilmiş mətbəx divarı foto çaplı şüşə önlük panel ilə müqayisədə qat-qat aşağı səviyyədədir.

Önlük panelin üstünlükləri:

  • Orijinallıq. Önlük panel ilk növbədə, mətbəxin xarici görünüşünü inanılmaz dərəcədə dəyişdirir. Tətbiq olunan təsvirin dizayn seçimi böyük, hətta məhdudiyyətsizdir.
  • Səthin növündən asılı olmayaraq (plastik və ya şüşə) məhz foto çap panelin görünüşünü əla halda saxlayır.
  • Dekorasiyanın gözəl və qiymət baxımdan əlçatan növüdür.
  • Önlük panelin istehsalında bərkidilmiş şüşə istifadə olunur, buna görə də nəticədə foto çapın gözəl tərtibatı ilə möhkəm səthi əldə edə bilirik. Önlük panel adi şüşədən 5 qat möhkəmdir.
  • Sadə quraşdırılma (montaj). Önlük panelinin quraşdırılmadı və yığılmasından sonra toz və kir yaranmır.
  • Önlük panel mexaniki zədələrdən qoruyur. Həmçinin tətbiq olunan dekor nə silinir, nə də ki solur. Bu cür dekor elementi uzun illər boyunca ilk günkü variantında qalacaq.
  • Belə önlüklərin üstünlüyü — otağı vizual olaraq genişləndirməsidir. Önlük paneli sifariş edərək, mətbəxiniz daha işıqlı olacaq.
  • Plitlərdən düzülmüş dekor ilə olduğu kimi önlük panelin tətbiqində dizayn elementlərinin arasında məsafə qalmır, beləliklə, məhsul çirklənmir.

Sifariş və quraşdırılma işləri

Sifariş və ölçü götürmə işlərinin həyata keçirilməsi zamanı müştəri enürji mənbələrin(rozetkaların) bütün bloklarını, reylinqin dəliklərini planlaşdırır. Bundan əlavə, bərkidilmə üsulu da nəzərdə keçirilir, bərkidici dəliklər şüşənin bərkidilmə prosesindən əvvəl icra edilir.

Önlük panelin mətbəxdə  quraşdırılma yolları:

  • Birinci üsul — keçici bərkidilmə.

Bu, Mətbəx üçün şüşə önlüklərin vintlər üzərində quraşdırılmasının(montajın) həyata keçirilməsidir. Panelin hazırlanması prosesi montajdan sonra vintlərin başlıqları ilə örtülən xüsusi dəliklərin künclərdə açılmasını nəzərdə tutur və onları dekorativ elementlərlə örtürlər.

  • İkinci yol— asma bərkidilmə.

Yastı bərkidicilərin köməyi ilə şin üzərində bərkidilmə prosesi.

  • Üçüncü yol — yapışqan və ya mismar ilə bərkidilmə prosesidir. Lakin burada divarın ilkin hamarlanması nəzərdə tutulur.

Həmçinin, sifariş zamanı hazırlanmış məhsulun qiymətinə təsir edəcək amillər də nəzərdən keçirilir:

  • Foto çaplı önlük panelin ölçüsü
  • Önlük panel fraqmentlərin sayı və ölçüləri
  • Şüşə növü və qalınlığı
  • İstifadə olunacaq materiallar
  • Furnitur və onun markası
  • Şüşə emal edilib edilməməsi və emal növü
  • Foto çap və onun növü
  • Enerji mənbəyi(rozetka) və bağlayıcılar üçün dəliklərin olub olmaması və sayı
  • İşin mürəkkəbliyi qiymətləndirilir
  • Komandamızın mütəxəssisləri tərəfindən çatdırılma və quraşdırılma.

Önlük panelin qulluq edilməsi

Bu məsələdə cavab aydındır — önlük panelin qulluq edilməsi çox asandır. Bəli, bu belədir. Mətbəxdə yerləşən önlük panelin qüsursuz görünüşünü təmin etmək üçün onu yaş dəsmal ilə vaxtaşırı silmək kifayət edəcək. Təmizlik işində yuyucu vasitələrin tətbiqi də mümkündür. Yerdə qalan tozun təmizlənməsi də çox asandır.

Təmizləmə zamanı sərt, metal fırçalar, aqressiv və tozşəkilli təmizləmə vasitələrindən istifadə edilməsinə yol verilməməlidir. Onlar şüşənin səthini korlaya, cızıra bilər mürəkkəblərin rənglərini soldura və tündləşdirə bilər, beləliklə, önlük panelin üzərində olan rəsm korlanacaq.

Önlük panelin bütün xüsusiyyətlərini və faydalarıni nəzərdə keçirərək, bir sual yaranır— mətbəx üçün nəzərdə tutulmuş önlük panelin ümumiyyətlə mənfi xüsusiyyətləri varmı? Cavabımız sadədir: mənfi xüsusiyyətləri yoxdur. Nə biz tapdıq, nə də siz tapacaqsınız...Öz mətbəxinizdə interyeri abadlaşdıraraq, mətbəx stolu və mətbəx asma şkafları arasında divarların dekoruna nəzər yetirin.

Mətbəx hər evin mərkəzidir. Məhz mətbəxdə ailə üzvləri səhərini açaraq günə başlaya, axşamlar maraqlı söhbətlər edə bilirlər. Bu otaqda rahatlıq tapmaq, həmişə isti və dadlı qoxuları hiss etmək olar. Beləliklə, mətbəxinizi seçdiyiniz atmosferin hökm sürəcəyi unikal bir yerə çevirə bilərsiniz, bu da mətbəx önlük panelində əks olunana foto çapdan asılıdır.

Ona görə də sizi öz mətbəxiniz üçün belə orijinal və sərfəli qiymətli önıük paneli almağa dəvət edirik. D&S şirkətinin mütəxəssisləri professional səviyyədə sizə yardım göstərəcəklər: mətbəx önlük panellərinin çeşidləri əks olunduğu kataloqumuzu təqdim edəcəklər, ən yaxşı variantın seçilməsində kömək edəcəklər, fərdi hesablama aparacaqlar və prosesdə yaranan bütün məsələlət üzrə məsləhət verəcəklər. Bizim komanda yalnız yüksək keyfiyyətli materiallarla işləyir və sizin fərdi ölçülərinizə görə şüşə mətbəx önlük panellərini hazırlayır. Digər maraqlı məlumatlar və önlük panelin çeşidləri ilə saytımızda tanış ola bilərsiniz.

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın