Nümunələr
https://display.az/az/stendler/kosk-tipli-stendler#sigProId04ed4819f6
Köşk stendləri
DS şirkəti tərəfindən istehsal olunan digər yerüstü ticarət avadanlığı növü də köşk stendləridir. Bu cür stendlər kofe güşələri, mobil rabitə və aksesuar salonlarında, zərgər mağazalarında və digər obyektlərdə geniş istifadə olunur.
Mütəxəssislər qrupumuz bənzərsiz bir dizayn hazırlayaraq istənilən formada, mürəkkəblikdə və konfiqurasiyada köşk və kiosk stendlərini müxtəlif materiallardan istehsal edir o cümlədən: metal, MDF, şüşə və s. (bir neçə materialdan istifadə etməklə).
İstehsal etdiyimiz köşklər kifayət qədər çox sayda və müxtəlif çeşiddə məhsullar yerləşdirə bilər, yerləşdirilən məhsullar çox gözəl, təqdimatlı və sərfəli görünəcəkdir. Məsələn, küçə köşk stendlərinə xüsusi kilidlərlə təchiz qapılar əlavə edilə bilər.
Yarmarka və sərgilərdə istifadə olunan köşklərə əlavə olaraq müxtəlif rənglərdə dekor işləmələr, şirkət loqotipinin tətbiqi, işıqlandırma elementləri, güzgülü rəflər, məlumat ciblərinin yerləşdirilməsi, müxtəlif dekorativ həllər və s. tətbiq etməsi mümkündür.
Bütün lazımi avadanlıqlarla təchiz olunmuş istehsalat bazamız, hər hansı bir fikirinizi həyata keçirməyə imkan verir. Ən müxtəlif formalı və konfiqurasiyalı stendlərimiz, köşklərimiz işinizə yeni müştərilər cəlb edərək, dövriyyəni artıracaq və brendinizin tanınlmasını artıracaqdır.
Köşk stendlərimizin əhəmiyyətli üstünlüyü, mobil olması və quraşdırma asanlığıdır. Şirkətinizin keçirdiyi tədbirdə genişləndirməyə və ya köçməyə qərar verərsə, istehsal etdiyimiz konstruksiyaların sökülməsi və yeni bir yerə daşınması çox asan olacaq.
Bizim istehsal etdiyimiz köşk stendlərin üstünlükləri:
- Etibarlıq və davamlılıq;
- Mobillik və quraşdırma asanlığı;
- Muasir görünüş və təqdimat qabiliyyəti;
- İnnovativ istehsalat texnologiyaları və müxtəlif materialların birləşməsi;
- İstifadə və qulluq rahatlığı;
- Yüksək keyfiyyət və fərdilik.
DS şirkəti sizə bir sıra xidmətlər təqdim edir: köşk stendinin bənzərsiz dizaynının hazırlanması və istehsalı üçün ən uyğun material seçimindən tutmuş qoyulan hədəflərə çatmasında yardımçı olan və uzun illər sizə xidmət edə biləcək bir reklam konstruksiyanın istehsalını və quraşdırılmasını.
Sizin biznes üçün ən kreativ reklam fikirlənizi reallaşdırmağa məmnun olarıq!