Nümunələr
https://display.az/az/stendler/masaustu-stendler/metal#sigProIda5ba8919db
Masaüstü metal stendlər
Masa üstünə qoyulan stendlər öz istifadə sahəsinə görə universal avadanlıq hesab olunur. İstehsal zamanı tətbiq olunan geniş konstruktor və dizayn müxtəlifliklərin hesabına masaüstü displeylər həm yeyinti, həm də qeyri-qida sektoruna aid olan malların sərfəli təqdimatını və satışların artırılmasını təmin edir. Müxtəlif sahələrədə, o cümlədən ticarət məkanı və pavilyonlar (kassayanı sahələrin qurulmasında), təqdimat və sərgi tədbirlərində, ictimai iaşə obyektlərində (kafe, bar, restoran) və istirahət yerlərində (otel, fitnes, SPA, idman klubları və s) bu növ masaüstü reklam konstruksiyalardan istifadə olunur.
DS şirkəti müştərilərin istəklərini, korporativ tələblərini və malın xüsusiyyətlərini nəzərə alaraq, displeyləri müxtəlif bərkidici hissələr ilə təchiz edir və istənilən müxtəlif formalarda metal masa üstü stendlərini istehsal edir.
Rəf, səbət, qarmaq, ciblik kimi köməkçi aksessuarla təchiz olunaraq bu növ stendlər düz, maili, kaskad konstruksiyalı və fırlanma mexanizmli quruluşda ola bilər. Potensial alıcıları cəlb edə biləcək parlaq və yadda qalan görünüş, hazır məhsulun optimal fiqur, rənlənmə və brendləşdirmə hesabına əldə edilir.
Bizim mühəndis və menecer heyətimiz, sizin məhsullara uyğun və mal dövriyyəsini artıra biləcək displeylərin eskiz və 3D rəsmindən başlayaraq satış nöqtəsində istifadəyə yararlı olacaq hazır displeyə kimi bu işdə yardımçı ola biləcəklər. Artıq sübut olunub ki, düzgün seçilən displey alıcılarda məhsul haqqında müsbət fikir yaratmaqla bərabər onları alış-verişə sövq edir.
Bizim masaüstü metal stendlərin üstünlükləri:
- Kiçik ölçülər və səliqəlik;
- Seçdiyiniz yerə uyğun olan displeylərin sərfəli yerləşdirməsi;
- Sırf sizin mallarınıza uyğun adaptasiya olunması;
- Alıcı diqqətini effektiv cəlb etməsi;
- Sadə istifadə və qulluq;
- Mexaniki zədələmələrə daha dözümlü;
- Etibarlı, uzunömürlü və möhkəm bərkidici sistemləri;
DS şirkətin istənilən quruluşda və mürəkkəbliyində olan metal masa stendləri yeksək keyfiyyətli xammaldan istehsal olunur. Ustalarımızın peşəkarlığı və avtomatlaşdırılmış bir çox istehsalat prossesləri sizin sifarişinizi qısa zamanda icra etməsinə şərait yaradır.
Biz bu sahədə bütün biliklərimizi sizin biznesin inkişafına sərf etməyə hazırıq!