D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Стандартная продукция в Баку, Азербайджан

Standart məmulat

  • Ticarət avadanlığı istehsalı - Azərbaycan

    (stend, mətbəə, çöl reklamı, avtobrendinq v s.)

  • Tərtibat və istehsalatda böyük təcrübə

    (kataloqdan seçin və ya məsləhət alın)

  • Müxtəlif növlər reklam xammalı ilə çalışırıq

    (MDF, metal, akril, PVX, PVC, kağız və s.)

  • Öz istehsalatımız və maşın parkı

    (3D əymə, metal və akril lazer kəsim, qaynaq və s.)

  • Özünüzə portfoliodan stend seçib və ya öz istəyinizi menecerlərimizlə məsləhətləşə bilərsəniz!

Nümunələr

View the embedded image gallery online at:
https://display.az/az/stendler/standart-memulat#sigProId0b88e14228

Azərbaycan, Bakı şəhərində D&S şirkəti öz müştərilərinə qeyri-standart reklam avadanlığının istehsalını təklif edir. Bizim standart reklam avadanlıqları sırasında geniş yayılmış məhsullar yer almışdır, o cümlədən: ayaqlı səbətlər, teşir, fırlanan dayaq qarmaqla, ayaqqabı üçün stend və digərləri. Bu məhsullar malların düzgün yerləşdirilməsinə və alıcını doğru istiqamətə yönəltməsinə yardımçı olur.

Bizim təklif etdiyimiz məhsullar

  1. Ayaqlı səbət (təşir)
  2. Dayaq səbətlə
  3. Fırlanan dayaq qarmaqla
  4. Ayaqqabı üçün stend
  5. Stend-konstruktor
  6. Ticarət üçün tor

Bir çox supermarket və ticarət sahələrinin sahibkarları standart reklam avadanlığının göz önündə yerləşdirilməsinə üstünlük verir. Əsasən, ayaqlı səbətlərdə və dayaq səbətlə olan avadanlığın üzərinə aksiya, endirim və ya hədiyyəli mallar yerləşdirilir. Bu,müştərinin keçirilən kampaniyalar haqqında məlumat almasına və alış-veriş etməsinə sövq edir. Yuxarıda qeyd olunan ticarət reklam avadanlıqlarından savayı biz sizə plastik çərçivələr, qiymət yerləri və məlumat lövhələri təklif edə bilərik Ətraflı Satışa dəstək malları . Bu cür kombinə edilmiş avadanlıq seçilmiş malların daha tez satılmasına şərait yaradır.

Bizim müəsissə geniş çeşidli reklam avadanlığı istehsal edərək anbarlarda daim lazımi sayda olmasına çalışır. Ən çox tələb olunan məhsullar bunlardır:

  1. Ayaqlı səbətlər supermarket, məişət malları və apteklərdə geniş istifadə olunur. Səbətlər bir neçə əsas çeşidlərə bölünür:
  • Ayaqlı səbət 60x60 sm
  • Ayaqlı səbət 60x40 sm
  • Ayaqlı səbət 60x80 sm
  • Ayaqlı səbət 80x120 sm
  • Ayaqlı səbət 60x40 sm (qatlanan)
  • Ayaqlı səbət 60x60 sm (təkərli

Ziyarətçilərimizin rahatlığı üçün biz ayaqlı səbətin xalq arasında istifadə edilən digər adlarını sadalamaq istərdik. Bunlar: teşir, təşir, aksiya üçün səbət, orta səbət, setka-səbət və s.

  1. Dayaq səbətlərlə demək olar ki, hər bir özünə xidmət obyektində istifadə olunur və səhvən sırf qida məhsullarına aid olunması düşünülür. Dayaq səbətlərə təkcə marketlərdə deyil, qeyri-qida sektorunda, paltar dükanında, yağ dəyişmə, apteklərdə və hətta otellərin xolunda rast gəlmək olar. Səbətli dayaq özündə 20 sm -dən başlayaraq 100 sm-ə kimi fərqli ölçülərdə olan dayaq və müxtəlif növlərdə olan səbətlərdən ibarətdir. Səbətlərin hər 5 sm addımla hündürlüyünü məhsul və tələbə görə yerini dəyişməsi mümkündür.
  2. Fırlanan dayaq qarmaqla – bu asma mallar üçün ən əlverişli variant sayıla bilər. Çox vaxtı bjuteriya, fincan, xırda oyuncaqlar və s. kimi satıcılar bu avadanlıqdan istifadə edirlər. Qarmaqlı fırlanan dayaq- bu, möhkəm boru və profildən ibarət  dayağın üstünə keçirilən halqa üzərində olan qarmaq sırasıdır. Əsas özəlliklərindən biri qarmaq sırasının hərəkətli olmasıdır. Daşınması və yığılması asan olan bu stend, DS şirkəti tərəfindən istehsal olunan standart ticarət avadanlığı sırasında Azərbaycan da digər şirkətlərdən öndədir.
  3. Digər maraqlı məhsul kimi "Ayaqqabı üçün stend" adlanan avadanlığı qeyd etmək istərdik. Tənzimlənən rəflər sistemi olan bu stend bir çox satış məntəqələrinin xoşuna gəlmişdir. Artıq ayaqqabı satışı ilə məşğul olan sahibkarlar üçün ayaqqabının düzgün rəfdə təqdim edilməsi sirr deyil və bu müştərinin cəlb edilməsi üçün ilk addım sayılır.
  4. Əlbəttə ki, ticarət-reklam janrın klassikası olan stend-konstruktordur. Bu növ stendlərin özəlliyi onun rahat daşınması, sökülüb-montaj olunması və ən əsası müxtəlif variantda konstruksiyaların yığılmasıdır. Bu gün üçün D&S şirkəti stend konstruktorun digər növünü də təqdim edir. Bu stend mərtəbəli hissələrdən ibarətdir. Lazım gəldikdə stend firmanın və ya brendin adı yazılmış başlıq ilə təchiz oluna bilər.
  5. Ticarət üçün tor. Bu hal-hazırda reklam bazarında ən çox satılan məhsullardan biridir. Böyük ölçü çeşidi lazımi yerə uyğun düzgün tor seçilməsinə  kömək olur.

Ticarət üçün tor üzərinə səbətlər, qarmaqlar, rəflər asıla və ya iri çəkili məhsullar üçün özül ola bilər. İstifadə sahəsi ancaq müştərinin istəyi ilə kifayətlənir. Bizim istehsal etdiyimiz digər məhsullarla kombinə zamanı siz hər bir boş yerin səmərəli istifadəsinə nail ola bilərsiniz.

  • Azərbaycanda fəaliyyət göstərən D&S şirkətinin peşəkar mütəxəsisləri mallarınız üçün daha uyğun gələn standart avadanlığın seçimində köməkçi ola bilərlər. Çoxillik təcrübəmizə, kreativliyimizə və bacarığımıza arxalanaraq, biz, sizin məhsullarınız üçün hər növ özəl reklam və ticarət stendlərinin istehsalatında əvəzolunmaz dəstək olacağıq.
(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın