Şelftoker POSM reklamın parlaq və möhtəşəm elementlərindən biridir.
Əsas yönəmi seçilmiş istehsalçı şirkətin məhsullarını sistemləşdirməsi və sərfəli düzülüşün hesabına malların oxşar mallar kütləsindən fərqləndirməsidir.
Bu növ mətbəə həllinə adətən keçirilən sərgilədə, təqdimat tədbirlərində, endirimli satışlar, aksiyalar zamanı və ən çox supermarket rəflərində rast gəlmək olur.
Müştərilərə istehsalçı haqqında keçirilən aksiya, güzəştlər barəsində geniş məlumat verə bilməsi və istehlakçıları alış-verişə sövq etmə xüsusiyyəti rəflər üzərində yerləşdirilən bu növ reklam daşıyıcısının digər adı “danışan rəf” olması heç də təsadüfi deyil.
Şelftokerlər adətən qalın təbaşir kağız, bristol, karton, foreks, PVX, akril, metal kimi materiallardan hazırlanır. Seçimnən asılı olaraq rəflərə keçmə və yapışdırılma olması onları rahat şəkildə istifadə etməyə və zərurət yarandıqda dəyişməyə imkan yaradır.
DS şirkəti müxtəlif növ və fiqurda şelftoker istehsalını həyata keçirir.
3D lentikular, “animasiyalı” kimi mətbəə həlləri üzərində olunan çapların dərinlik və miqyas effekti yaradır. Biqovka, UV lak, qatlama, laminasiya, seçmə lak, vakuum formalama, folqalama və bir çox digər həllər bir və ikitərəfli rəngli çapın üzərində tətbiq oluna bilər.
Bizim dizaynerlər qoyduğunuz məqsədlərə və seçilmiş hədəflərə çatmanız üçün sizə unikal və orijinal şelftoker maketini hazırlaya bilərlər.
Əlavə olaraq şelftoker üzərində dəyişilə bilən qiymət yeri, LED işıqlandırma və digər müasir dekor elementlərin işlənilməsi mümkündür.
POSM materialların çapını bizdə sifariş edəndə:
- Öz sorğunuza özəl yanaşma;
- İstənilən miqdarda mürəkkəbliyindən və quruluşdan asılı olmayaraq unikal dizayn və keyfiyyətli çap;
- Seçdiyiniz məhsullar və istehsalçının digər mallarına müştəri diqqəti;
- İstifadəsi sadə, özü mükəmməl olan reklam çap məhsulu;
- Təyin olunan müddət ərzində istehsalat;
- Büdcə qənaəti;
- və digər üstünlükləri əldə edirsiniz.
Biz miqdardan və çətinlikdən asılı olmayan şelftokerlərin istehsalı ilə bərabər, unikal dizayn tərtibatı, tam komplekt mətbəə və çap işləri hətta hazır məhsulların yerləşdirilmə xidmətlərini təklif edirik.
Müştərilərimizin sorğularında iştirak edərək istəklərini yerinə yetirməyə şad olarıq!