D&S

AzərbaycanAZ1029, Bakı şəh., Heydər Əliyev pr. 106A

(+994) 70 864 70 15 (+994) 70 864 70 15

Haqqımızda

DS reklam agentliyi 2002-ci ildən etibarən Azərbaycanda reklam ticarət avadanlığı istiqamətində çalışır.

Uzun müddət ərzində biz kiçik bir müəsisədən öz istehsal gücünə malik olan iri reklam agentliyinə qədər addımlamışıq. Qafqazda ən iri reklam şirkəti olaraq, biz xırda çap materiallardan: vobler, buklet, kataloqdan başlayaraq iri və mürəkkəb sərgi stendlərinin istehsalına kimi xidmətlərimizi təklif edirik.

Ticarət dayaqları, reklam avadanlığı, POSM, avtobrendinq, satışa dəstək malları, çöl reklamı, ticarət rəflərin quraşdırılması, yük avtomobillərin təchizatı və digər buna bənzər işlər bizim əsas işimizdir.

Biz reklam sektorunda istifadə olunan bütün xammallarla çalışırıq.

O cümlədən, metal vərəq, şüşə, LDSP, laminat, MDF, dikt, PVC, plastik və s.

DS şirkətin istehsal etdiyi reklam avadanlığı sizin biznesin mükəmməl mühərikkidir.

Bizim özəlliyimiz:

  • Reklam bazarında 18 illik təcrübə.
  • Keyfiyyət, çeviklik, hər bir sorğuya özəl yanaşma.
  • Professional kollektiv. Özəl menecerdən başlayaraq çatdırılma və ya hazır avadanlığın quraşdırılmasına kimi nəzarət.
  • Bütün istiqamətlərdə öz istehsalımız. Metal kəsim, dikt və akril üçün lazer, məftil əymə və s.

 CNC idarəetmə dəzgahları.

  • Mühəndis bölməsi, menecment, mühasibat hesabatları.
  • “Tək sifariş” xidməti - bütün istehsalat bir sorğuda. Sizə şirkətdən-şirkətə gəzməyə artıq ehtiyac yoxdur.
  • Maksimum sıxışdırılmış avadanlığın tərtibat və istehsalat müddəti.
  • Təcrübəli əməkdaş heyəti avadanlıqların gecə-gündüz istehsal və quraşdırılmanı təmin etməsi.

Təcrübəmizdən bəhrənəlib və məqsədyönlü olmağımız, bizə reklam ticarət bazarında müxtəlif növ məhsullar istehsal edən beynəlxalq nəhəng və lokal şirkətlərin rəğbətini qazandırıb.
Öz reklam, ticarət və sərgi avadanlıqlarının istehsalını bizə etibar edən şirkətlərin arasında bir çox tanınmış brendlər və ticarət markaları var:

Beiersdorf AG, PepsiCo, Frito-Lay, Nestlé S.A. , Kraft Foods Inc,  Mondelēz International,
Henkel, P&G, Mister Tum, Beloçka, Bizim ailə, Rekord, Patron, Avrora Group, Aztrade, Nant və s. Daha ətraflı siz Müştəri bölümündə tanış ola bilərsiniz .

Rahatlığınız üçün biz əsas xidmətlərimizi növləri ilə bölüşdürüb onlara izah vermişik.
Seçiminizi daha asanlaşdırmaq məqsədi ilə xüsusi Kataloq tərtib olunub.

Ora daxil olub istədiyiniz parametrlərə uyğun seçim edə bilərsiniz.

Eyni zamanda növlərdən asılı olaraq menyu bəndindən də istifadəsi mümkündür.

Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Çin dövlətlərinin aparıcı xammal istehsalçıları ilə DS şirkətinin arasında uzunmüddətli müqavilələr və partnyor münasibət bağlanmışdır.
Biz müştərilərə hər seçdikləri xammal üzrə onun müsbət və mənfi cəhətlərini izah etməyə çalışırıq.
Ticarət avadanlığı üçün düzgün seçilmiş xammal onun keyfiyyətinə təsir etmədən qiyməti ucuzlaşdıra bilir.

Kompleks şəklində reklam avadanlığının istehsalını təmin edirik - tərtibat, istehsalat, çatdırılma və quraşdırılma:

POSM, UV çap, işıqlı qutular, həcmli hərflər, nəqliyyat üzərinə reklam vurulması, reklam və sərgi stendlərin istehsalı, ticarət dayaqlar, ticarət mebeli, qarmaq, səbət, ofset çapı, banner üzərində çap, vakuum formalama, lazer kəsim, 3D məftil əymə və s.

Bizim təcrübəli menecer, mühəndis və dizayner komandamız sizin ticarət və sərgi stendlərin istehsalı, market rəflərin məhsula uyğun bəzədilməsi, hazır dolab və vitrinlərin yığılması ilə bağlı məsləhət və tövsiyyələrini verə bilər.

Hazır məhsulların çatdırılması:

Biz təkcə Azərbaycan üzrə deyil, həm də dünyanın istənilən nöqtəsinə məhsullarınızın çatdırılmasını təşkil edə bilərik. Tələb olunan istehsalat icazələr, sertifikatlar və düzgün qiymət siyasəti bizi xarici reklam avadanlığı istehsalçıları ilə rəqabət aparmağa imkan yaradıb.
Çatdırılma xərcləri müqavilə bağlandığı zaman müzakirə olunur və digər logistika şirkətləri ilə müqayisədə daha rəqabətli olur.

Ödəniş şərtləri:

müştərilərimiz ilə düzgün seçilmiş maliyyə münasibətləri bizə bir  neçə növ ödəniş hesab əməliyyatların qurulmasına şərait yaradıb. Biz təkcə ilkin ödənişlə deyil, həm də iri miqyaslı layihələrdə 90 günə kimi post payment (işdən sonra ödəniş) ödəmə şərtlərini tətbiq ebə bilirik.

Bizim qurduğumuz iş prinsipi xırda, orta və hətta iri reklam şirkətləri üçün istehsalat bazasının rolunu oynayır. Kreativ reklam agentlikləri DS şirkətin reklam sektorun  istehsalat gücündən və təcrübəsindən yararlanaraq  yarımfabrikat məhsullar sifariş verib öz müştərilərinə yekun məhsul təqdim etmək üçün imkanlardan faydalanırlar.

Biz hər bir müraciətə sevinirik, hörmətlə DS komandası.

(+994) 70 864 70 15
Bizə zəng edin
info@display.az
Bizə vazin
Ofisimizə gəlin
Pulsuz məsləhət alın